Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

İngiltərə səfirinin Tramp haqqında sözləri ortaya çıxdı – istintaq başlanıb

İngiltərənin Daily Mail qəzetində İngiltərənin Vaşinqtondakı səfiri Sir Kim Darroça aid diplomatik yazışmalar olduğu iddia edilən mətnlər yayılıb. 

Yenixeber.org: Səfir Darroçin ABŞ prezidenti Donald Tramp haqqında “bacarıqsızdır və vəzifəsini utanc içində sonlandırma riski var” şəklində hesabat yazdığı iddia edilb. O, Tramp haqqında fikirlərini ifadə edən diplomatik yazışmalardan birində isə “Tramp hakimiyyətinin əsasən daha normal, daha az funksional, daha az təxmin edilməz, daha az ehtirassız, diplomatik olaraq da daha az bacarıqsız olacağına inanmırıq” qeydini yazıb.

Tramp hakimiyyətinin qalmaqallara görə çökə biləcəyini vurğulayan Darroç yenə də İngiltərə hökumətini Trampı “silməməyə” çağırıb. Amerika prezidentinin həyatının çoxunu qalmaqallarla keçirdiyini, amma hər zaman ayaqda qaldığını qeyd edən səfir aşağıdakı xəbərdarlığı da edib: “Tramp Arnold Şvartsnegger kimi final səhnəsində döyülmüş, amma sağlam bir şəkildə alovların içindən çıxa bilər”.

Amerika prezidentinin bir şey deyib, tamamən tərsini etmə riski olduğuna diqqət çəkən Darroç Trampla ünsiyyət qurmaq üçün düşüncələrin bəsitləşdirilməsi, hətta açıq şəkildə deyilməsinin vacibliyini vurğulayıb.

Sözügedən sızıntı ilə bağlı açıqlama verən İngiltərə Xarici İşlər Nazirliyindən bir səlahiyyətli isə bildirib ki, "İngilis xalqı səfirlərimizdən nazirlərə qədər hər kəsin çalışdıqları ölkələrdə siyasətlə bağlı dürüst və dəqiq dəyərləndirmə təqdim etmələrini gözləyir”.

Yetkili eyni zamanda deyib ki, səfirlərin fikirləri hər zaman nazirlərin və hökumətin fikri mənasına gəlmir: “Onlara səmimi olmaları üçün pul ödəyirik”.

Amerika səfirinin də İngiltərə hökuməti və onun səlahiyyətli nümayəndələri haqqında yazışmaları olduğuna diqqət çəkən səlahiyyətli iki ölkə arasındakı münasibətlərin bu sayaq sızıntılara dözüm gətirəcək qədər güclü olduğunu bildirib. 65 yaşlı Darroç Trampın seçki səfərindən 10 ay öncə 2016-cı ilin yanvarında İngiltərənin Vaşinqtondakı səfirliyinə gətirilmişdi.

İngiltərənin media qurumu BBC-in xəbərinə görə, ölkənin Xarici İşlər Nazirliyi səfir Darroçun Trampla bağlı hesabatlarının mediaya sızdırılması ilə bağlı istintaqa başlayıb. İstintaq qərarı nazir Tom Tugendhatın baş vermiş hadisəni “çox ciddi bir səhlənkarlıq” olaraq dəyərləndirilməsinin və səbəbkarların cəzalandırılması çağırışını etməsinin ardınca verilib.

Tugendhat mediaya sızan hesabatlarında Trampı “bacarıqsız” adlandıran səfir Darroçu müdafiə edib və “Səfirin vəzifəsi ingilis xalqının mənfəət və istəklərini təmsil etməkdir, Amerikanın həssaslığını yox” deyib.

Musavat.com xatırladır ki, sözügedən hesabatda səfir həmçinin İngiltərə və Amerikanın iqlim dəyişikliyi, mətbuat azadlığı və ölüm cəzası kimi mövzularda fikir ayrılıqlarının yaranacağı fikrini də paylaşmışdı.

Nyu-Cersidə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Tramp da sızan yazışmalarla bağlı sualı aşağıdakı kimi cavablandırıb: “Biz də bu adamın böyük pərəstişkarları deyilik. Onsuz da İngiltərəyə yaxşı xidmət etməyib. Yəni, başa

düşürəm, onunla bağlı bəzi şeylər deyə bilərəm. Amma zəhmət etməyəcəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam