Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp növbəti seçkilərədək həbs ediləcək - İddia

 

Tramp növbəti seçkilərədək həbs ediləcək - İddia
ABŞ prezidenti Donald Tramp növbəti prezident seçkilərinin keçiriləcəyi 2020-ci ildə həbs edilə bilər. 
 Yenixeber.org: Bunu ABŞ-dakı 2020-ci il seçkilərində prezidentliyə namizəd olacağını bildirən demokrat senator Elizabet Uorren deyib. Artıq seçki kampaniyiasına başlayan amerikalı xanım senator ilk günlərdən Trampı hədəf alaraq, onun irqçi mövqeyini tənqid atəşinə tutub. 
“Tramp hər gün irqçi, nifrət dolu, qaranlıq və çirkin bir tvit atır. Prezidentliyə namizədlər, fəallar və kütləvi informasiya vasitələri bu məsələ ilə bağlı nə edəcəklər? Hər gün bunun arxasıncamı gedəcəyik?” – Uorren sual edib. 

Amerikalı senator Trampın Rusiya ilə gizli razılaşmaya getməsi iddiaları əsasında aparılan istintaqı xatırladaraq, xüsusilə vurğulayıb ki: “2020-ci ilə çatanda Donald Tramp artıq prezident vəzifəsini itirə bilər. Əslində, heç azad bir insan da olmaya bilər.” 

Qeyd edək ki, Elizabet Uorren 2016-ci il prezident seçkilərində Hillari Klintonun təşviqat kampaniyası zamanı məşhurlaşan demokratlardan biri olmuşdu. Amerikanın aborigen sakinləri olan qızıldərililərin nəslindən gəldiyini iddia etdiyinə görə Donald Tramp Uorrenə “Pokahontas” ləqəbini vermişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam