Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

"lazım olsa Ruhani, Xomeyni ilə də görüşəm”

 

“Lazım olsa Ruhani, Xomeyni ilə də görüşəm”
Ankara Tokio ilə birlikdə ABŞ və İran arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır.
Yenixeber.org: Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşmüz zamanı məndən “bu vəziyyətlə bağlı biz birgə fəaliyyət göstərə bilərikmi" deyə soruşdu. Mən də “Niyə də olmasın” cavabını verdim. Bildirdim ki, hər ikisi ilə, lazım olsa Ruhani ilə, Xomeyni ilə də görüşə bilərəm. Bərabər desəniz, bərabər də ola bilər. Bu mövzuda bir sıxıntımız yoxdur.

Baş nazirə əsas sualların “haradan başlayacağıq, hara gedəcəyik və harada bitirəcəyik” olduğunu dedim. Bir məsəl var, “oturdular, danışdılar, dağılışdılar” ,elə olacaqsa, danışqlar aparmağın heç mənası yoxdur, vaxt itkisidir”.

Ərdoğan əsas diqqəti nəticə əldə etməyə verməyin vacib olduğunu deyib: “Cənab baş nazirdən soruşdum ki, sən hər iki tərəflə görüşdün, hansı nəticəyə gəldin? Onun çox müsbət fikirdə olmadığını gördüm. Buna görə də razılığa gəldik ki, növbəti sualların cavabını öncə biz planlayaq, daha sonra hansı addımları atacağımız barədə danışaq” .

Qeyd edək ki, ABŞİran arasında vəziyyət son zamanlar daha da gərginləşib.ABŞ-ın İrana qarşı təzyiqləri davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam