Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Tiflislə bağlı pis hesabat: İvanişvili dövləti zəiflədir

“Chatham House” təşkilatının analitiki Kristina Gerasimov Gürcüstan, Ukrayna və Moldova siyasi elitalarının necə dəyişməsi və yenilənməsiylə bağlı tədqiqatınını təqdim edib.

Yenixeber.org: Təqdimata Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri də qatılıb. Hesabatda Gerasimov Gürcüstanda Bidzina İvanişvili və klanının dövlət institutlarını ələ keçirdiyini, eləcə də qızılgül inqilabından sonra yox olan korrupsiya və nepotizmi (qohumbazlıq – red.) geri qaytardığı bildirilib. Belə ki, İvanişvilinin aktiv şəkildə özünün nəzarət etdiyi KİV-lərdən rəqiblərini vurmaq və saxta xəbərlər yaymaq üçün istifadə etdiyi qeyd olunub. Gerasimov İvanişvilinin şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğunu və bunun da dövlət institutlarını, eləcə də dövləti zəiflətdiyini deyib.

Hesabatda xüsusi vurğulanıb ki, Gürcüstanda İvanişvili və ailəsinə məxsus biznes şirkətlərini, eləcə də media təşkilatlarını müəyyən etmək çətindir, çünki bu qurumlar daha çox ofşor zonalardakı hüquqi şəxslərin adına qeydiyyatdan keçirilib. Gerasimov tədqiqatında İvanişvilinin biznesinin adətən qohumları tərəfindən idarə edildiyini bildirib.

Bununla belə hesabatın müəllifi olan Gerasimov “Kuryer” qəzetinə açıqlamasında Gürcüstanda gedən proseslərin mütləq gələcək parlament seçkisinə təsir edəcəyini deyib:

“Biz elitanın yenilənməsindən danışanda ilk növbədə Saakaşvili erasını xatırlayırıq. O, müxtəlif dairələrdən olan gəncləri, düşünən peşəkarları hakimiyyətə gətirərək, onlara ölkələri üçün işləmək imkanı verdi. Bu, siyasi elitanın yenilənməsinin başlanğıcı idi. Gürcü Arzusu hakimiyyətə gəldikdən sonra ümid var idi ki, reformlar davam edəcək, amma bu gün bütün əsas məsələlərdə durğunluq müşahidə edilir. Reformlara meyilli qüvvələr var və onlar ölkəni irəli aparmaq istəyirlər. Elə qüvvələr var ki, onların potensialı var, amma onlara bunu istifadə imkanı verilmir”. (Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam