Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

İvanişvili qayıtdı və hədəfini açıqladı:Rusiya ilə…

 

Gürcüstan beynəlxalq tərəfdaşlarının yardımı ilə Rusiyayla dialoqu yeniləmək niyyətindədir

Yenixeber.org:  Bunu Gürcü Arzusu Partiyasının qurultayında çıxışı zamanı partiyanın yeni sədri Bidzina İvanişvili deyib.
"Biz Rusiya ilə münasibətlərdə qismən deeskalasiyanı bacardıq. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımız vasitəsilə dialoq rejiminə keçməyimiz mümkün olacaq", - deyə o bildirib.
O, yenidən siyasətə qayıtmağının səbəbini də izah edib:
"Mən bir neçə il əvvəl də demişdim ki, siyasətə ehtiyac yaranacağı təqdirdə geri dönəcəyəm. Biz 2012-ci ildə bu hakimiyyətdən zorakı hökuməti həmişəlik uzaqlaşdırmağı bacardıq. Geri dönmək qərarını nə hökumətin, nə Gürcü Arzusunun, nə də özümün şəxsi maraqlarıma görə vermişəm. Mənimlə yaxın olan hər kəs bilir ki, bu barədə verdiyim qərar çox çətin idi. Geri dönməyimin səbəbi, 2011-ci ildəki kimi, qarşıya qoyulan hədəfi gerçəkləşdirməkdir. Bu hədəf xalqın və hər bir ailənin rifahının yaxşılaşdırılması və layiqli gələcək üçündür".
İvanişvili partiya sədri olduqdan sonra baş naziri istefaya göndərməyəcəyini deyib:
"Komandanın daxilində baş verənləri qarşıdurma adlandıra bilmərəm. Bu, kiçik fikir ayrılığı idi. Komandamın fəaliyyətini diqqətlə izləyirdim. Georgi Kvirikaşvili bundan öncə də bir neçə dəfə partiya sədrliyinə gəlməyim üçün təklif etmişdi, amma indi gördüm ki, geri dönüb, resursumla partiyaya kömək etməyim lazımdır. Bu, baş nazirin getməsi demək deyil. Baş nazir yerindədir, onu seçməyə ehtiyac yoxdur".
Onun sözlərinə görə, Gürcüstan hələ indiyə qədər heç vaxt Avropa və NATO-ya bu qədər yaxın olmayıb:
"Gürcüstanın xarici siyasətdəki uğurları aydındır. Gürcüstanın strateji müttəfiqi olan ABŞ-la da münasibətləri dərinləşib".
Qeyd edək ki, bir müddət öncə əslində hazırda Gürcüstan hakimiyyətini kölgədən idarə edən İvanişvilinin açıq şəkildə siyasətə qayıdacağı bildirilmişdi. Onun payızda keçiriləcək seçkilərə görə M.Saakaşvilinin aktivləşməsindən narahat olaraq geri qayıdacağı iddia edilirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam