Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

PUTİNİN HELSİNKİ ZƏFƏRİ…- Rusiya AŞPA-ya geri qayıdır:Avropanı hansı təhlükələr gözləyir?

K.Eggert, (“Deutsche Welle”)

Almaniya

 

Vladimir Putin böyük qələbə qazandı. Avropa Şurası Nazirlər Komitəsinin mayın 17-də Helsinkidə keçirilən iclasında Rusiyanın AŞPA-dakı səsvermə hüququ bərpa edildi. Moskva bu hüquqdan 2014-cü ildə – Krım yarımadasını ilhaq edəndən sonra məhrum olunmuşdu.

Yenixeber.org: İclasda Rusiyanın səsvermə hüququnun bərpasına qarşı çıxanlar da oldu – Baltik ölkələri, Ukrayna və Gürcüstan. Britaniya və Polşa da onları dəstəklədi. AŞPA iyun ayında bu məsələ ilə bağlı səsvermə keçirəcək. Əminliklə demək olar ki, parlamentarilər nazirlərin tövsiyəsini diqqətə alacaqlar.

Ondan sonra Rusiya nümayəndə heyəti AŞPA rəhbərliyinə seçkilərdə və Avropa Məhkəməsinə hakim seçimində tam şəkildə iştirak edə biləcək. Eyni zamanda Moskva üzvlük haqqının (Avropa Şurası büdcəsinin 7 faizini təşkil edir) verilməsini də bərpa edəcək. Avropa Şurası Krımın ilhaqından sonra Rusiyanın səsvermə haqqını donduranda Moskva buna etiraz olaraq quruma üzvlük haqlarını ödəməyəcəyini bəyan etmişdi. Son iki ildir Rusiya üzvlük haqqını ödəməyi dayandırmışdı.

Helsinkidəki iclasda Almaniya və Fransa Rusiyanın maraqlarına aktiv şəkildə lobbiçilik etdi. Onların əsas arqumenti isə belə oldu ki, əsas məqsəd dövlətlə mübahisələrdə Rusiya vətəndaşlarının Avropa Məhkəməsinə çıxış imkanını saxlamaqdır.

Onların məntiqini başa düşmək olar: Rusiyada məhkəmə sistemi ədalətsizdir və korrupsiyalaşıb. Strasburq məhkəməsi isə vətəndaş hüquqlarının pozulmasına görə heç olmasa kompensasiya almaq imkanı yaradır. Lakin rusların qayğısına qalmağın həm onların özləri (Almaniya və Fransa:-red), həm də bütün Avropa üçün ağır nəticələri ola bilər.   

Kreml Nazirlər Komitəsinin məlum qərarını Ukrayna ilə savaş məsələsində yumşalma kimi qəbul edəcək. Bəli, formal olaraq Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası hərb və sülh məsələlərinə baxmır. Lakin Rusiyanın 2014-cü ildə səsvermə hüququndan məhrum edilməsi Moskva rəhbərliyi üçün ciddi mesaj olmuşdu: “Avropanın mərkəzində savaş yaratmaq və özünü demokrat hesab etmək olmaz”. Görünür, artıq olar. Baxmayaraq ki, bu beş il ərzində Rusiya rəhbərliyinin mövqeyində heç nə dəyişməyib.

Putinin səbri mükafatlandırıldı. Birincisi, bu, onun öz ölkəsində nüfuzunu çox qaldırdı. Xüsusən də rəhbəri olduğu hakim dairədə. Bu gün Avropa Şurasına qayıtdı, sabah bir də gördün, sanksiyalar ləğv olunacaq. Niyə də yox?

İkincisi, Helsinkidə qəbul olunmuş qərar Kremlin Donald Trampla qarşıdakı danışıqlarda mövqeyini gücləndirir. Avropalı tərəfdaşlarına “cavab” göndərməyi sevən ABŞ prezidenti indi qanuni əsaslarla kansler Angela Merkelə və prezident Emmanuel Makrona deyə bilər “Əgər Putin artıq qara siyahıda deyilsə, o zaman onunla yaxşı münasibətlər mənə sizdən daha çox lazımdır. Həm Suriya, həm Şimali Koreya, həm Venesuela, həm də İran məsələsində”.

Üçüncüsü, həm sağçı, həm də solçu populistlər arasında Moskva ilə yaxşı münasibətlərin tərəfdarı olanlar Avropa Parlamentinə seçkilərdə yaxşı hədiyyə almış oldular.  

Necə ola bilər ki, Viktor Orbanı və ya Yaroslav Kaçinskini demokratiyadan kənarlaşdığına görə tənqid edəsən, eyni zamanda da demokratiya və insan haqlarına onlardan daha çox qarşı gedən ölkəni Avropa Şurasına geri qaytarasan?!

Dördüncüsü, əgər Kreml öz nümayəndə heyətini AŞPA-ya qaytarsa, o zaman bu qurum yenidən Kremlin təşviqatı (Avropada mövqeyini qəbul etdirmək üçün) üçün meydan olacaq.

Beşincisi, Helsinkidə qəbul edilən qərar Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskiyə də zərbədir. O, səlahiyyətlərinin icrasına Avropanın iki nəhənginin Rusiyaya qarşı məlum addımı fonunda başlayır.

Nahayət altıncısı, Vladimir Putin baş verənləri Avropa elitalarının zəifliyinin daha bir sübutu kimi qəbul edir.

Helsinkidə yeni Avropa böhranına doğru vacib addım atıldı. Və Vladimir Putinin yenidən prezident olması daha da real oldu…Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam