Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AŞPA-nın payız sessiyası başlayır

    

AŞPA-nın payız sessiyası başlayır
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayacaq.
Yenixeber.org: Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.

Sessiyasının ilk iş günündə Assambleyanın sədri çıxış edəcək, Büronun və daimi komitənin hesabatları dinləniləcək. Eyni zamanda, sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə naziri Mariya Buriç komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək, Assambleya üzvlərinin suallarını cavablandıracaq.

Sessiyada Parlament Assambleyasının səlahiyyətlər və səsverməyə dair qərar qəbuletmə prosesinin möhkəmləndirilməsi, desantralizasiya prosesinin uğurla həyata keçirilməsində milli parlamentlərin rolu, Avropa Şurasına üzv ölkələrdə qaçqın və miqrantların ailə üzvlərinin birləşməsinə dair müzakirələr aparılacaq.

Payız sessiyası oktyabrın 12-dək davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam