Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ƏRDOĞANDAN YAVAŞ VƏ İMAMOĞLUYA AÇIQ MESAJ:"Məclis bizim əlimizdədir, siz nə edəcəksiz ki?"

“30 iri şəhərdən 15-ni biz, birini MHP qazanıb”.

 Yenixeber.org: Bu sözləri Prezident Ərdoğan Türkiyədə martın 31-də keçirilən seçkiylə bağlı danışarkən deyib.

O bildirib ki, təmsil etdiyi “Cumhur” İttifaqı səslərin ümumilikdə 53.3 faizini qazanıb:

“Daxili işlərimizə qarışmaq istəyən ABŞ-ın, Avropanın bunları bilməsi lazımdır. Hər kəs həddini biləcək.  30 böyük şəhərlə yanaşı, 51 şəhərin 24-nü biz, 10-nu MHP qazanıb. Burada da “Cumhur” ciddi fərq yaradıb”.

Ərdoğan uduzduqları şəhərlərdə, o cümlədən Ankara və İstanbuldakı vəziyyətə də toxunub: “Bu şəhərlərdə məclis üzvlərinin çoxu bizim üzvlərdir. Bizim üzvlər seçiliblər. Ankarada durum daha da fərqlidir. 107 üzv bizə, 39 üzv isə 4 fərqli qrupa aiddir. İndi mən sizə deyirəm, onlar hər hansı bir məsələni necə məclisdən keçirəcək? Necə “başqanam” deyib, iş görəcəksən? Əgər bir bələdiyyə sədri rəhbərlik etdiyi qurumda kürəyini məclisə, məclisdəki çoxuluğa söykəyə bilməyəcəksə, o, nə edə bilər ki?”.

Xatırladaq ki, ilkin rəsmi nəticəyə görə, Ankarada CHP-li Mənsur Yavaş, İstanbulda isə CHP-li Əkrəm İmamoğlu şəhər bələdiyyəsinin sədri seçiliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam