Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYA BİR GÜLLƏ İLƏ ÇİNİN ƏLİNƏ KEÇİR

 

ross-kitay_gaz

 

 

 

 

 

 

 

 

 

 

 

     “On il bundan əvvəl – 4 oktyabr 2004-cü il tarixində Vladimir Putin Çin-Rusiya sərhədlərinin yekun demorkasiya xəttini müəyyən edən sənədə imza atmaq üçün Pekinə yollanmışdı. Bu müqavilənin hazırlanması üçün 40 il gərgin danışıqlar getmiş və nahayət Rusiya Tarabarov adasının hamısından və Böyük Ussuriya adasının yarısından imtina etmişdi.”

    "Xeberinfo.com": Yaponiyanın “The Diplomat” analitik iformasiya portalının “Kreml üzünü Çinə tərəf çevirir” adlı məqaləsi belə başlayır.

    Maraqlı təhlili məqalədə daha sonra deyilir:
   “Qeyd etmək lazımdır ki, Putinin Çinə səfəri Beslan hadisələrindən demək olar ki, dərhal sonra baş vermişdi. Bu hadisələr zamanı aralarında 186 uşaq olan 334 girov həlak olmuşdu. Beslan hadisələrindən sonra Rusiyada keçirilən islahatlar Çin –Rusiya əlaqələrinə sərhədlərin demarkasiyasından az təsir göstərməmişdi.

Kreml Beslanda baş verən hadisərindən istifadə edərək ölkə ərazisində qubernator seçkilərini aradan qaldıran və regional rəhbərlərin təyin olunmasının prezident səlahiyyətlərinə daxil olunması islahatının həyata keçirilməsinə bəraət qazandırdı.Nəticədə, bu, Putinə Çinlə sərhəddə yerləşən regionların (Primorye diyarı, Xabarovsk diyarı və Amur vilayəti) populyar qubernatorlarından yaxa qurtarmağa imkan yaratdı. Həmin qubernatorlar öz seçki kampaniyalarında Çin əleyhinə ritorikadan istifadə edirdilər, amma Putin tərəfindən təyin olunmuş rəhbərlər Kremlin tapşırığına əsasən Çinlə yeni yaxınlaşma siyasətini həyata keçirməli idilər. Kiçik mübahisələrə və müəyyən inamsızlıqlara baxmayaraq, o dövrdən indiyədək Çin-Rusiya əlaqələri kifayət qədər istiləşıb və bunun kuliminasiya nöqtəsi isə son bir neçə ayda Rusiyanın üzünü Çinə tərəf çevirməsi olub. 2004-cü ildəki Çin ilə Rusiya arasındakı münasibətlərin nə dərəcədə soyuq olduğunu bu gün təsəvvürə gətirmək çox çətindir. O zaman da Rusiyanın neft və təbii qaz ixracına görə dünyada ikinci yeri tutmasına, Çinin isə dünyada enerji resurslarını ən çox istehlak edən ölkələrdən biri olmasına baxmayaraq, bu iki dövlət arasında heç bir qaz və ya neft kəməri çəkilməmişdi. Putin kəmərin tikilməsinin qəti şəkildə eleyhinə idi və özünün bu dəyişməz mövqeyini “Rusiyanın öz milli marağı” ilə izah edirdi.

4906375046_b32fb2a4e7Mədəniyyət cəbhəsində də vəziyyət yaxşı deyildi .Ona görə ki, Rusiya “böyük günah” işlədərək 2004-cü ilin noyabrında Dalay-Lamanı Moskvaya səfərə dəvət etmişdi. Daha vacib məsələ ondan ibarət idi ki, əksər rus intellektualları və nüfuzlu siyasətçiləri həqiqətən inanırdılar ki, Çindən gələn miqrantlar Rusiya Uzaq Şərqini həzm edəcək və daha sonra isə tədricən sərhədləri də öz tərəflərinə çəkəcəklər. Ancaq tədricən aydın oldu ki, Çindən gələcək kütləvi miqrant təhlükəsi əbəs yerə şişirdilir. Lakin Moskva yenə də Pekinlə məsafə saxlamaqla neft və qaz kəməri çəkilişı məsələsini ləngitməyə davam edirdi. Rusiya həmçinin çinli işçilərin Uzaq Şərqdə çalışmalarının qarşısını almaqdan ötrü miqrasiya qanununu dəyişməkdən imtina edirdi. İndi vəziyyət dəyişib. 2009-cu il qlobal maliyyə böhranı nəticəsində ziyana düşərək maliyyə sıxıntısı keçirən Rusiyanın neft nəhəngi “Rosneft” şitkətinə Çinin 25 milyard dollar həcmində kredit ayırmasından sonra Rusiya Çinlə müqavilə imzalamağa məcbur olub. Əvvəlcə Rusiya gün ərzində Çinə 300 min barel neft çatdırırdı, lakin 2013-cü ildə bu həcm iki dəfə artırıldı. Çinlə Rusiya arasında ümumi ticarət dövriyyəsi 2005-ci ildə 20,3 milyard dollar həcmində olduğu halda bu göstərici sürətlə artaraq 2013-cü ildə 89,2 miyard dolara qədər yüksəlib.Gözlənilir ki, iki ölkə arasındakı ticarətin ümumi həcmi 2020-ci ildə 200 milyard dollar həddini aşacaq. Təəccüblü faktlardan biri də ondan ibarətdir ki, Rusiyada rəyi soruşulan respondentlərin 51%-i Çini özlərinin ən yaxın dostu sayır. İki ölkə arasındakı infrastruktura gəlincə isə, Çin-Rusiya sərhəddi əsl inşaat meydançasını xatırladır. Əsl həqiqətdə hələlik Amur çayı üzərindən keçən bir körpü belə yoxdur. Amma hal-hazırda orada üç körpünün tikintisi gedir və bu körpülərdən ən böyüyü Çinin Xeyxe şəhərini Rusiyanın Bloqoveşensk şəhəri ilə birləşdirəcək. Hətta gələcəkdə Rusiya və Çini, Ulan-Bator şəhərindən (Monqolustanın paytaxtı) keçməklə birləşdirəcək iri avto magistralın tikilməsi də planlaşdırılır. Lakin Pavel Baev və Gilbert Rozman kimi nüfuzlu skeptiklər iddia edirlər ki, yaxın dövrlər üçün Çin-Rusiya münasibətləri heç də ürəkaçan perespektiv vəd etmir. Belə şayiələr dolaşır ki, bir çox çinli bankir və investor Rusiyaya maliyyə yatırımları qoyulmasına böyük şübhə ilə yanaşırlar.

Ancaq bunlara baxmayaraq, hər gün iki ölkə arasında inkişaf edən əməkdaşlıq münasibətləri barəsində yeni xəbərlər eşidilir. 13 oktyabrda baş nazir Dmitriy Medvedyev Moskvada çinli həmkarı Li Keçyanla görüşündən sonra mətbuata yeni təşəbbüslər və Çin tərəfindən Rusiya banklarına 4,5 milyard dollarlıq kreditin ayrılması haqda məlumat verib. Elə həmin gün Pekində “Birbaşa investisiyalar üzrə Rusiya fondu”, ”Rusiya-Çin investisiya fondu” ilə Çinin Şansi əyaləti arasında hər iki ölkə ərazisində texnoparkların yaradılması barədə müqavilə imzalanıb. Ümumiyətlə isə Qərb sanksiyalarının öz təsirini göstərməyə başladığı dövrdə Kreml Çin investisiyalarından daha çox asılı vəziyyətə düşəcək və Dalay-Lamanın yaxın vaxtlarda Moskvaya dəvət olunması barəsində isə söhbət gedə bilməz.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam