Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabah Rusiya ilə bağlı hansı qərar veriləcək? -Ekspert

 

Trampın Putinlə görüşdən imtina etməsi Rusiyanın izolyasiyasını və beynəlxalq münasibətlərdən kənarda qalması prosesini daha da sürətləndirəcək.

Yenixeber.org: Bunu ABŞ Prezidenti Donald Trampın G20 sammitində rusiyalı həmkarı ilə görüşdən imtina etməsi və bunun Rusiyaya təsiri ilə bağlı danışan ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Argentinada dünyanın ən böyük dövlətlərinin toplantısında beynəlxalq siyasətin yenidən dizayn olunması üçün müəyyən yol xəritəsinin qəbul olunması gözlənilir:

“Yəni G20 sammiti beynəlxalq ticarətdən tutmuş beynəlxalq münasibətlərə qədər, ölkələr arasında yaranmış problemlərin çözümü üçün bir platforma kimi düşünülmüş və buna görə də öncədən Putinlə Trampın görüşü ilə bağlı anons verilmişdi. Böyük ehtimalla, danışıqlar zamanı Şimal axını-2 layihəsi, Ukrayna məsələsi və sanksiyaların yüngülləşdirilməsi ilə bağlı bir sıra siyasi və iqtisadi məsələlər müzakirə olunacaqdı. Hətta Rusiya çox böyük ümidlər bəsləyirdi ki, Trampla görüş Qərb-Rusiya münasibətlərində yeni bir mərhələyə start verə bilər. Bu səbəblə də görüşə ciddi hazırıq işləri gedirdi. Kerç böhranı və 24 Ukrayna vətəndaşının girov götürülməsi vəziyyəti daha da gərginləşdirdi”.

Politoloq deyib ki, Trampın bu diplomatik demarşından sonra Rusiyaya təzyiq güclənəcək:

“Rusiyanın bir neçə cəbhədə mübarizə aparması məhdudlaşacaq. Söhbət müxtəlif siyasi və iqtisadi cəbhədə, ABŞ, Avropa Birliyi və Yaponiya ilə mübarizədən gedir. Qərb ölkələri isə bunu yaxşı başa düşürlər. Bu baxımdan da izolyasiya prosesinin siyasi və iqtisadi anlamda getdikcə daha da sərtləşməsi Moskvanı bir müddət sonra Qərblə müəyyən barışdırcı mövqe tutmağa məcbur edə bilər”.

Ekspert G20 samitində Rusiyanın beynəlxalq aləmdən izolyasiyası ilə bağlı yeni qərarların qəbul olunması ehtimalının da böyük olduğunu qeyd edib:

“Buenos-Ayres görüşünün bəyanatı çox sərt olacaq və bu, Rusiyanın siyasi və iqtisadi proseslərdən tamamilə kənarda qalmasına ciddi əsas yaradacaq”.

Qeyd edək ki, Tramp G20 sammitində rusiyalı həmkarı Putinlə görüşdən imtina edib. ABŞ prezidenti bu qərarını Kerç böhranı, Ukrayna gəmiləri və hərbçilərinin hələ də əsir saxlanılması ilə əsaslandırıb.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam