Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İRAN İMPERİYA KEÇMİŞİNƏ QAYIDA BİLMƏYİB VƏ QAYITMAYACAQ”–Tehranlı analitik bunun səbəblərini açıqlayır

Keyhan Bərzegar,

“Atlantic Council”, 28.01.2019

 

ABŞ, İsrail və Səudiyyə Ərəbistanının rəhbərliyi altında beynəlxalq səviyyədə güclü bir tendensiya: İran aktiv regional iştirakı, raket proqramı və dünyanın bir çox geostrateji nöqtələrində yerləşmə ilə birlikdə, Fars imperiyasını bərpa etmək istəyir və qlobal təhlükəsizliyin təməlinə təhlükədir.

Yenixeber.org: İranın qondarma “qeyri-sabitləşdirici təsiri” ilə mübarizə səylərində Trump administrasiyası Varşavada fevralın 13-14-də Yaxın Şərqdə “sülh və sabitlik” mövzusunda konfrans keçirib, tədbiri anti-İran toplantısına çevirməyi planlaşdırır.

Əslində, bəli, Fars Ölkəsi geri qayıdır, amma fərqli bir şəkildə və güclənən “yeni İran” kontekstində. İranın qayıdışı əsasən təhlükəsizlik sahəsində “dövlətin” və iqtisadiyyatın gücünü artırmağa yönəlib. O, iranlıların ölkənin son onilliklərdə müharibələr, sanksiyalar, regional və transregional rəqiblərin düşmənçilik və siyasi təzyiqləri nəticəsində zəifləmiş regional mövqeyini bərpa etməsi tələbi ilə əsaslandırılıb.

Son illərdə İran “dövləti”nin güclənməsi özünü iki xarici siyasi meyldə göstərib: “güclü İran” və “güclü region”.

Birincisi, tarixi determinizm İranı təhlükəsizlik vakuumlarının doldurulması üçün bölgədə güclü bir iştirakçıya çevirir. Bu baxımdan Səddam sonrası İraqa və Suriya böhranına müdaxilə olmadıqda, İranın təhlükəsizliyi və milli mənafelərinə ciddi təhlükə yarana bilərdi. Əfqanıstanda “Taliban”la birbaşa danışıqlar aparmaq qərarı da “Taliban”ın Əfqanıstan hökumətinə qatılması, potensial təhlükəsizlik probleminin ləğvi və “Taliban”ın İŞİD-lə əlaqələri rədd etməsi məqsədi daşıyır.

İkinci tendensiya regionda İranın güclənməsinin həm daxili gücə, həm də regionda sabitliyə əsaslanmasını nəzərdə tutur. Bu baxımdan, İranın mövcud iqtisadi resursları və daha geniş təhlükəsizlik mühiti naminə “böyük oyunda” iştirak etməsi ilə lazımi strateji məhdudiyyətləri balanslaşdırmanı tələb edir.

Bununla yanaşı, hər iki tendensiyanın ümumi nöqtəsi iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik sahəsində milli qüvvə və regional təhlükəsizliyi təmin etmək üçün ölkənin aktual rolunun güclü olmasından ibarətdir. Bu məntiqlə yalnız regionda sərt və yumşaq güc hesabına ölkə milli və davamlı təhlükəsizliyə nail ola bilər.

İranın iqtisadi inkişafı və davamlı təhlükəsizliyi “geniş təhlükəsizlik zonası”nı müəyyənləşdirir. Onun coğrafi mərkəzçiliyi və qonşuları ilə tarixi əlaqələri ölkəni beş – Levant, Qafqaz, Mərkəzi Asiya, Cənubi Asiya və Fars körfəzi – əhəmiyyətli subregional sistemin ortasına qoyur. Bu baxımdan İran Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi və Fars körfəzi arasında ticarət üçün əsas yol kəsişməsi ola bilər. Amma bundan faydalanmaq üçün ortaya çıxan təhdidlər aradan qaldırılmalı, davamlı təhlükəsizlik təmin edilməli və dost ölkələrlə birlikdə müharibələr və münaqişədən sonrakı boşluqlar doldurulmalıdır.

Bu baxımdan İran Çinin “Bir qurşaq-Bir yol” təşəbbüsünü alqışlayır və Çinlə münasibətlərin artması üçün fürsəti əldən qaçırmır. Həmçinin İran regional sahələrdə, xüsusilə də Suriyada Rusiyanın dinamik rolundan faydalanaraq, regional tənliklərdə mövqeyini qoruyub saxlayır. İran Avrasiya və Yaxın Şərqi birləşdirən nöqtə kimi milli maraqlarını və məqsədlərinə yetişmək üçün Rusiya ilə daha geniş təhlükəsizlik, siyasi və iqtisadi əməkdaşlığı planlaşdırır. Eyni məntiqə əsaslanaraq, Hindistan və Türkiyə ilə də əlaqələrini artırır.

Ağıllı geosiyasi və regional əlaqələr məntiqi ilə İran Suriya və İraqdan çıxa, ABŞ və İsrailin xüsusilə İranın Suriyadakı mövqeyinə qarşı hərbi təhdidlərə baxmayaraq, Yəməndə sülhün əldə edilməsi prosesindən kənarda qala bilməz. İran həmçinin güclü varlığını geostrateji nöqtələrdə, xüsusilə də Hörmüz boğazı yaxınlığında saxlayacaq. Davamlı təhlükəsizliyin yaradılması və milli qüdrətin gücləndirilməsi üçün zəruri olan geniş təhlükəsizlik zonasında aktiv iştirakçı olacaq. Bununla belə, İran bu prosesdə çətin hərbi vəziyyətdən tədricən keçib, regionda dost dövlətlər və siyasi qüvvələrlə yaxşı münasibətlər qurmağa çalışacaq.

ABŞ-ın fikrincə, İranın artan regional təsiri Qərbin və müttəfiqlərinin maraqlarına zərbə vurmamalıdır. Antik İran, Səfəvi dövləti və İslam inqilabı – bu üç dövrdə imperiya tendensiyasının güclü olduğunu qeyd etmək olar.Amma İranın intellektual və siyasi dairələri dəyişən regional şəraitə uyğun olaraq ölkənin yönümünü düzəltməyə həmişə qadir olub.

Başqa sözlə, mövcud strateji və iqtisadi məhdudiyyətlərə görə İran imperiya keçmişinə qayıda bilməyib və qayıtmayacaq.

Sadəcə, ABŞ prezidenti Donald Tramp və onun müttəfiqlərinin Tehrana qarşı “maksimum təzyiq” siyasəti əks-nəticə doğura bilər. 2015-ci ildə İranın nüvə razılaşmasını imzalamasının səbəbi sanksiyaların aradan qaldırılması ilə regional mövqeyini gücləndirmək olub. Tarixi təcrübə göstərir ki, yalnız İranın öz resurslarına uyğun olaraq regional rolunu gücləndirməsi hesabına ABŞ-la danışıqlar aparmaq meyli və daxili konsensus yaradıb.

Həm Qərb, həm də Şərq bir gün qlobal təhlükəsizlik təhdidlərinə qarşı regional güc balansı naminə, Yaxın Şərqdə ekstremist qüvvələr və terrorçu qruplarla mübarizə aparan orta səviyyəli uğursuz dövlətlərlə müqayisədə güclü İrana ehtiyac duyacaq.

 * Keyhan Bərzegar Tehranda Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin direktoru, Azad Universitetinin elmi və tədqiqat şöbəsində beynəlxalq münasibətlər üzrə dosentdir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam