Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səudiyyə Ərəbistanı ilə İran yenidən üz-üzə

 

Səudiyyə Ərəbistanı və İran arasında növbəti qalmaqal baş verib.

 

Xeberinfo.com:  APA-nın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri şahzadə Turki əl-Faysal İran müxalifətinin Parisdə keçirilən toplantısına qatılıb.

Bourget Konfrans Salonunda keçirilən toplantıda çıxış edən Turki əl-Faysal İran inqilabının lideri ayətullah Xomeyninin və ondan sonrakı liderlərin İran inqilabını dünyanın başqa ölkələrinə yaymağa çalışdıqlarını, digər tərəfdən isə İranı dünyada təkləyən siyasət yürütdüklərini bildirib. O, tək siyasi fəalların deyil, İrandakı etnik və dini azlıqların da bu siyasətə qarşı çıxdığını vurğulayıb.

Səudiyyə Ərəbistanının şahzadəsi ayətullah Xomeyninin ilk qurbanının İran xalqı olduğunu bəyan edib.

Azad İran Hərəkatının lideri və İran Müqavimət Milli Şurasının rəhbəri Meryem Rajavi isə İran rejiminə qarşı çıxanların sayının və təsirinin artdığını söyləyib. Səudiyyə Ərəbistanının şahzadəsinin bu çıxışına İranın reaksiyası da gecikməyib. İranın rəsmi İRNA agentliyinə açıqlama verən İran Xarici İşlər Nazirliyinin rəsmisi Səudiyyə Ərəbistanının terrora dəstək verməkdə ittiham edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam