Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Şimaldan hədələr ciddiləşir - “Putin Ermənistandan bazaları çıxarmayacaq!..”

 

Rusiya nəşri işğalçı ölkədə seçkiöncəsi daha da güclənən anti-Rusiya ovqatından yazdı: “Ermənilər pulumuzdan və silahımızdan imtina etmirlər, amma Gümrü bazasına qarşı çıxırlar”; Ermənistan təlatüm astanasında...

Yenixeber.org: Ermənistanda 9 dekabr növbədənkənar parlament seçkilərinə 4 gün qaldı. Artıq seçkilərə buraxılan siyasi qüvvələr arasında neçə gündür amansız təbliğat savaşı gedir. Bu savaşda diqqət mərkəzində olan mövzulardan biri və birincisi isə Rusiyaya və onun işğalçı ölkədəki hərbi bazalarına münasibət, ümumiyyətlə, may inqilabından sonra Moskva ilə münasibətləri necə qurmaq barədədir.

Gələn məlumatlara görə, cəmiyyətdəki ovqatdan xəbərdar olan baş nazir əvəzi Nikol Paşinyan və ona sadiq qüvvələr, həmçinin lideri təzəcə həbsxanadan buraxılan “Sasna Tserer” radikal-terrorçu qruplaşmanın təmsilçiləri daha çox seçici səsi almaqdan ötrü Rusiya əleyhinə təbliğatda öndə gedirlər.

Yerli media da bu prosesdə geri qalmır.  Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, qərbyönlü mövqeyi açıq görünən armenianreport.com saytının dünənki baş məqaləsində deyilir: “Bizə ən böyük təhlükə keçmiş müdafiə naziri Viqen Sərkisyanın söylədiyi kimi, heç də Azərbaycanın 100 minlik ordusu yox, Rusiyanın daxildəki ”5-nci kolonu"dur. Erməni dövlətini sərhəddə düşmənin təhdid elədiyini hamımız yaxşı bilirik və bizim formada olan gənc uşaqların səyləri ilə bu təhlükə neytrallaşdırılır. Bəs Ermənistanın və “arsax”ın daxilindəki təhlükəni necə neytrallaşdırmalı? Ermənistanı nəinki Rusiya orbitində saxlamağı, onu imperiya tərkibinə daxil etməyi arzulayan daxildəki “beşinci kolon”dan necə qurtulmaq olar? Bizcə, dekabrın 9-da bizim xalq bu suallara cavab verəcək və biz onları tarixin zibilliyinə göndərə biləcəyik".

*****

Armenia votes ile ilgili görsel sonucu

Ermənistandakı seçki öncəsi durum təbii ki, Rusiya rəsmiləri və bu ölkənin ekspert dairələrinin, həmçinin KİV-lərinin məxsusi diqqətindədir. Şərh və rəylərdə işğalçı ölkədə 9 dekabrdan sonra Rusiyaya münasibətdə nələrin baş verəcəyi və qarşılığında Moskvanın hansı kontur-addımlar ata biləcəyi təhlil edilməkdədir.

Şərh və bəyanatlardan çıxan ümumi qənaət belədir ki, Rusiya seçkilərin nəticələrindən narahatdır, çünki bu nəticələrə xeyli dərəcədə işğalçı ölkədə son zamanlar daha da güclənən anti-Rusiya ovqatı həlledici təsir göstərə bilər. Eyni zamanda Rusiyadan Ermənistana ünvanlı, “müalicəvi doza”dan artıq xəbərdarlıq və hədələr səslənməkdədir.

Armenia votes ile ilgili görsel sonucu

Yeri gəlmişkən, neçə gündür İrəvanda “Lazerev klubu” adlanan, əsas hədəfi işğalçı ölkəni seçkilərdən sonra da Kremlin siyasi-hərbi arealında saxlamağa xidmət edən və Rusiya qırğılarının (Konstantin Zatulin, Stanislav Tarasov, Vladimir Kazimirov, Vladimir Yevseyev və başqaları) aparıcı olduğu təzə formatda diskussiya davam edir. Hədəf Rusiyanın Ermənistan üçün nə dərəcədə vazkeçilməz müttəfiq olduğunu ona xatırlatmaq, Ermənistanın “uzağa” getməsinə imkan verməmək, əks halda, onu hansı acı aqibətin gözlədiyi barədə xəbərdar eləməkdir.

Diqqət çəkicidir ki, rusiyalı emissarlar Ermənistanı, onun təzə rəhbərliyini həm də Azərbaycanla, onun üstün hərbi qüdrəti ilə qorxutmağa çalışırlar. Yəni Moskvanın ülvi məqsədi heç də Qarabağ probleminin tezliklə həlli yox, əksinə, bu problem hesabına Ermənistan və Azərbaycanı bacardıqca uzun müddət öz orbitində saxlamaqdır.           

*****

Kreml ile ilgili görsel sonucu

Rusiya mediası da, demək olar, hər gün Ermənistandakı seçkilərdən və oradakı ictimai-siyasi ovqatdan yazır.

“Maraqlıdır ki, Ermənistanda heç kim Rusiyanın pulundan və silahından imtina eləmir, ancaq Gümrüdə Rusiya hərbi bazasının yerləşməsinə qarşı hamı, fəal şəkildə çıxış edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sitat rosbalt.ru-dakı dünənki təhlili məqalələrdən birində yer alıb.

Məqalədə daha sonra deyilir: “Deyəsən, erməniləri buna iki mühüm məqam ruhlandırıb: Trampın Putinlə görüşdən imtina eləməsi və Gürcüstandakı prezident seçkilərində sabiq xarici işlər naziri Salome Zurabişvilinin qələbəsi - kimin dönəmində ki, Rusiya hərbi bazaları Gürcüstan ərazisindən çıxarılıb. Yəni Ermənistanda baş verən inqilabla yanaşı, ermənilər həm də ondan vəcdə gəliblər ki, Gürcüstandan Rusiya bazalarının çıxarılması məhz indi prezident postu tutacaq bir xanımın adı ilə assosiasiya olunur. İndi necə olacaq, bu xanım öz təcrübəsini qonşu ilə bölüşəcək və ona gərəkən köməyi edəcəkmi? Amma burada bir ciddi ”əmma" var. Erməni nəşrinin yazdığına görə, Zurabişvili BBC-yə müsahibəsində maraqlı bir qeyd edib. Deyib ki, 2004-2005-ci illərdə xarici işlər naziri işləyərkən Putin “başqa cür” idi. “O vaxt biz onu bazaları Gürcüstandan çıxarmağa razı sala bildik” - Zurabişvili söyləyib".

paÅinyan ile ilgili görsel sonucu

Rusiya nəşri bu yerdə erməniləri məyus edib: “Putin indi ”tamam başqa cür" olmayacaq. Bu - birmənalıdır. Bəlkə Nkiol Paşinyan inqilab lideri rolunda deyil, dövlətin faktiki birinci şəxsi qismində təsdiqlənmiş biri kimi öz sözlərini və hərəkətlərini mövcud geosiyasi reallıqlar uyğunlaşdıra. Ermənistanda parlament seçkilərindən sonra məlum olacaq ki, kimsə “dəyişibmi”, dəyişibsə nə dərəcədə güclü dəyişib və hansı tərəfə? Lakin Putun yüz faiz bazaları Ermənistandan çıxarmayacaq. Ola bilsin orada situasiya radikal şəkildə dəyişəcək və onda Putin Ermənistanı bazaları çıxarmaqla cəzalandıracaq".

paÅinyan putin ile ilgili görsel sonucu

Bu da Moskvadan seçkiöncəsi daha bir hədə-təhdid. Çünki xarici sərhədlərini belə rusların qoruduğu işğalçı Ermənistandan Rusiya hərbçilərinin çıxması, Kremlin ona maliyyə və silah yardımını kəsməsi təcavüzkar üçün “tısbağanı arxası üstə çevirmək” kimi öülmcül təhlükə demək olacaq. Bu təhlükədən isə Ermənistan yalnız bir halda qurtulub “üzü üstə” çevrilə, yəni normal vəziyyətə qayıda bilər: qonşu  Azərbaycan və Türkiyə ilə, nəhayət, anlaşarsa...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam