Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa Birliyi və Türkiyə arasında Dəmirtaş “dalanı”

 

Ankaranın kürd liderə qarşı qəzəbinin arxasında hansı amillər var?

Yenixeber.org: Avropa İnsan Haqları Məhkəməsi, HDP-nin sabiq həmsədri, 2 ildir həbsdə olan Səlahəddin Dəmirtaşın azad edilməsi və məhkəmə prosesinin azadlıqda keçirilməsi haqda qərar verib. Məhkəmə qərarında göstərilir ki, Dəmirtaş əsaslı bir şübhə ilə saxlanılıb. Ancaq Avropa Məhkəməsi milli məhkəmələrin əsas gətirdiyi “səbəblər”, ədliyyə orqanlarının Dəmirtaşın həbsini “yetərli” səbəblər olmadan uzun müddət tutduğuna qərar verib.

Bundan başqa Avropa Məhkəməsi Türkiyə hökumətinin Dəmirtaşa 10 min avro, məhkəmə təzminatı və xərclərə görə isə 15 min avro ödəməsi barədə qərar verib. hazırda Ədirnə həbsxanasında saxlanılan Dəmirtaş özü isə qərarla bağlı yaydığı açıqlamada qeyd edib ki, Avropa Məhkəməsi qərarı hökumətin HDP-yə və ona qarşı hərəkətlərinin qanunsuz olduğunu sübut edib. Dəmirtaşın vəkili Mahsuni Karaman isə bildirib ki, artıq Avropa Məhkəməsinin qərarı ilə bağlı Ankara 19-cu Ağır Cəza Məhkəməsinə müraciət ediblər.

Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Məhkəməsinin qərarına sərt reaksiya verib. Ərdoğan deyib ki, Avropa Məhkəməsinin qərarı Türkiyə hökuməti üçün məcburi deyil, eyni zamanda o, qərarla bağlı əks addımlar atacağını bildirib.

Abdulhamit Gül ile ilgili görsel sonucu

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül isə deyib ki, Avropa Məhkəməsinin qərarı Ankaraya gəlib çatdıqdan sonra məhkəmə orqanları hüquqi addımları atacaq.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Avropa İnsan Haqları Məhkəməsinin siyasiləşdiyini bildirib. Türkiyə mediasına verdiyi müsahibədə Çavuşoğlu deyib ki, məhkəmənin son qərarı bu qurumun siyasiləşdiyini təsdiqləyir. Son Dəmirtaş qərarı ilə bağlı Ədliyyə Nazirliyinin və məhkəmənin müvafiq addımları atacağını deyən Çavuşoğlu əlavə edib ki, AİHM-in qərarlarını yerinə yetirməyən başqa ölkələr də olub və buna görə, onlar hər hansı problemlə üzləşməyib.

Qeyd edək ki, ötən gün Ankarada Avropa Birliyi-Türkiyə Yüksək Səviyyəli Dialoq Toplantısı keçirilib. Toplantıdan sonra mətbuat konfransı keçirən AB xarici siyasət üzrə ali təmsilçisi Federika Moqerini də Avropa Məhkəməsinin Dəmirtaş qərarına münasibət bildirib. Moqerini deyib ki, “Dəmirtaşın azad ediləcəyinə ümid edirik”.

Qeyd edək ki, jurnalistlə Moqerinidən “Avropa Məhkəməsinin qərarının icra olunmayacağı təqdirdə nə baş verə bilər” sualına cavab olaraq ali təmsilçi deyib ki, məhkəmənin verdiyi qərarın icra olunması lazımdır. “İnsan haqları baxımından önəmli bir durumdur. Məhkəmənin verdiyi qərarlar icra olunmalıdır. Qərarın icrasını gözləyirik”.

Mətbuat konfransında iştirak edən Çavuşoğlu isə bildirib ki, AB və Türkiyə arasında vizasız gediş-gəlişin tətbiq olunması ilə bağlı Ankaranın üzərinə götürdüyü 72 öhdəlikdən 66-sı icra olunub, hazırda icra olunmamış 6 öhdəlik qalıb.

Xatırladaq ki, Səlahəddin Dəmirtaş, eləcə də HDP-nin digər həmsədri Figen Yüksəkdağ və partiyanın daha 9 deputatı barədə 2016-cı il noyabrın 4-də “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, “terror təşkilatı üzvü olmaq” və digər bir neçə maddə ilə cinayət işi açılıb və onlar həbs olunub. ancaq bir müddətdən sonra həbs olunan Dəmirtaş 2017-ci ildə yenidən saxlanılıb. Hazırda Ədirnə həbsxanasında saxlanılan Dəmirtaşa qarşı 33 ayrı maddə ilə cinayət işi açılıb və bu ittihamlara əsasən 142 il həbs tələb olunur.

Abdulhamit Gül DemirtaŠile ilgili görsel sonucu

Dəmirtaş gəncliyində silahlı terror təşkilatının üzvü olmaqda ittiham olunur. Hətta bir zaman mətbuatda HDP həmsədrinin dağlarda silahlı terrorçularla bir yerdə fotoları yayılıb. Ankara isə HDP-ni PKK-nın siyasi qanadı kimi fəaliyyət göstərməkdə ittiham edir. Baxmayaraq ki, partiya hazırda parlamentdə təmsil olunur və sabit 10-lik elektoratı var. Xüsusən də 2015-ci il 1 noyabr seçkilərində HDP və onun hazırda həbsdə olan lideri xeyli parlayıb. HDP isə gözlənilmədən səslərinin sayını artırıb. Bu dövrdə hökumət silahlı separatçı terror təşkilatlarına qarşı antiterror kampaniyası başladıb. 2016-cı il 15 iyul çevrilişindən sonra hökumət silahlı terror təşkilatlarına qarşı əməliyyatları genişləndirib və bu prosesdə noyabrda Dəmirtaş və partiyası da terror təşkilatı ittihamı ilə saxlanılıb.

Əlbəttə, Dəmirtaş və partiyasının PKK ilə hansısa formada əlaqələrinin olması şübhə doğurmur. Ancaq hazırda hökumət daha çox Suriyanın şimalında sürətlə güclənən və ehtimal ki, Suriyada yeni konstitusiya qəbulundan sonra muxtariyyət əldə edəcək kürdlərin artan təsirindən narahatdır. Çünki Suriyadakı kürdlər PKK ilə çox yaxındır, ideoloji-siyasi bağları var. Suriyada kürdlərin İraqda olduğu kimi hərbi-siyasi gücə çevrilməsi Ankara üçün ciddi təhdiddir. Bu mənada HDP-yə təzyiqlərin həm də strateji “səbəbləri” var.

Lakin aydındır ki, Ərdoğan hazırda Avropa ilə yaxınlaşmaq istəyir və bu səbəbdən də Avropa Məhkəməsinin qərarından imtina o qədər də real görünmür. Ehtimal ki, Ankara yaxın dövrdə Dəmirtaşı buraxmağa məcbur olacaq.(müsavat)

Kənan RÖVŞƏNOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam