Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazirə işgəncə verilir

 

     Əli  İnsanov Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinə məktub göndərib

   "Xeberinfo.com": Keçmiş səhiyyə naziri Əli Insanov Avropa Şurasının Işgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Komitəsinə (Işgəncələrə Qarşı Komitə) məktubla müraciət edib. Bu barədə “Azadlıq”a Əli Insanovun vəkili Toğrul Babayev məlumat verib. Keçmiş nazir məktubunda göstərib ki, Avropa Məhkəməsi ötən il martın 14-də onun işi üzrə qərar çıxararaq, Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib. Bu pozuntulara görə Məhkəmə Azərbaycan hökumətini cərimələyib. Lakin Avropa Məhkəməsinin həmin qərarı bugünədək yerinə yetirilməmiş qalıb.
Avropa Məhkəməsi öz qərarında Əli Insanovun 13 saylı cəzaçəkmə müəssisəsində dözülməz şəraitdə saxlanılmasını ona işgəncə verilməsi kimi qiymətləndirib. Sabiq nazir məktubunda yazır ki, günü bu gün də o, həmin cəzaçəkmə müəssisəsində əvvəlki kimi dözülməz şəraitdə saxlanılır. Bu isə o deməkdir ki, ona qarşı işgəncələr davam edir.
Məlumata görə, Avropa Şurasının Işgəncələrə Qarşı Komitəsinin əməkdaşları hazırda Bakıda səfərdədir və onlar Əli Insanovla bağlı məsələni də araşdıracaqlar.
Xatırladaq ki, Əli Insanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan həmin ittihamın aqibəti naməlum qaldı və keçmiş nazirə qarşı vəzifə cinayətlərilə bağlı ittihamlar irəli sürüldü. Həmin ittihamlar əsasında Əli Insanov Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edildi.
Avropa Məhkəməsi sabiq nazirin ərizəsi üzrə araşdırma apararaq belə nəticəyə gəldi ki, onun məhkəməsi ədalətli keçirilməyib.
Avropa Məhkəməsinin qərarı əsasında Bakı Apelyasiya Məhkəməsində Əli Insanovun işinə yenidən baxıldı, lakin hökm dəyişdirilmədən saxlanıldı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam