Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu qərar Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək"

 

"İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxartdığı qərarı alqışlayıram".

"Xeberinfo.com":   Məlumata görə, bunu QHT Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib. O deyib: "10 illik mübarizədən sonra Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gözlədiyimiz ədalətli qərarı nəhayət ki, verdi. Ilk dəfədir ki, AİHM rəsmi qərarı ilə Azərbaycanın ərazisinin, Laçının işğalı faktını tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan haqları konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd etmişdir. Bu qərarın çox böyük hüquqi və eyni zamanda siyasi əhəmiyyəti vardır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarla Ermənistanın Azərbaycanın ərazisinin bir hissəsini işğal etdiyini rəsmən təsdiq etmiş oldu. Heç şübhəsiz ki, bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Belə bir ədalətli və obyektiv qərar çıxaran hakim heyətinə, xüsusilə Azərbaycan tərəfindən bu işin uğurla başa çatmasını böyük peşəkarlıq və səbrlə təmin edən komandaya, bir sözlə zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam