Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Qaşıqçı cinayəti ilə Türkiyəyə yeni bir zərbə vuracaqlardı

 

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda cinayətə qurban gedən Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın, konsulluğa girməmişdən əvvəl nişanlısı Xədicə Çingizə, başına bir şey gəldiyə təqdirdə xəbər verilməsini xahiş etdiyi dostu professor Yasin Aktay, hadisə ilə əlaqədar olaraq mühüm açıqlamalar verib.
 
Yenixeber.org: Aktay, "Qaşıqçı-nın yerinə görüntülənmək üçün gətirdikləri dublyoru Türkiyə ortaya çıxarmasaydı, Türkiyəyə iqtisadi və diplomatik mənada böyük zərbə vuracaq, beynəlxalq bir çevriliş cəhdi baş verəcəkdi. Qaşıqçı sui-qəsdinin ən böyük məqsədi, Türkiyəyə yeni bir zərbə endirmək və beynəlxalq aləmdə çətin vəziyyətə salmaq idi. Elə bir şey olsaydı, ruh yüksəkliyi ilə qeyd etdiyimiz 29 oktyabr Respublika Bayramı və İstanbul Hava Limanının açılışını bu şəkildə bayram edə bilməyəcəkdik" deyib.
 
Qırılma nöqtəsi dublyor oldu
 
Qaşıqçı cinayətində qırılma nöqtəsinin, onun əvəzinə görüntü vermək üçün Türkiyəyə gətirilən dublyorun ortaya çıxarılması olduğuna diqqət çəkən Aktay, bu məlumatları bölüşüb: "Dublyor məsələsi, hadisənin Camal Qaşıqçı ilə məhdudlaşmayacaq ən mühüm siqnal idi. Dublyor hadisəsi bəlkə də ən əhəmiyyətli dəlildir. Çox əvvəldən Camal Qaşıqçı-nın boyuna  və bədəninə uyğun dublyor seçib, yanlarında Türkiyəyə gətiriblər. Məqsədləri Camal Qaşıqçı-nın konsulluqdan ayrıldığını və İstanbulda gəzərkən ortadan itdiyini iddia etmək idi. Amma Qaşıqçı olduğunu iddia edəcəkləri dublyorun çıxış məlumatını vermədilər. Çünki Camal Qaşıqçı-nın nişanlısı Xədicə xanımın çöldə israrla gözləməsi, dublyorun ön qapıdan çıxmasına mane oldu. Dublyor, Sultanəhməddə gəzmiş, sonra tualetə girib, oradan çıxmamışdır. Belə planlaşdırıblar. Ancaq dublyorun görüntülərini də Türkiyə təsbit edib, ortaya qoyanda əllərindəki bütün “kozırlar” boşa çıxmış oldu."(müxalifet)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam