Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ermənilər təlxəkləri niyə Qarabağa gətirir? -ŞƏRH

 

Ermənilər təlxəkləri niyə Qarabağa gətirir? - ŞƏRH

Ermənistan işğal etdiyi Dağlıq Qarabağa qeyri-ciddi şəxslərin səfərlərini təşkil etməyə davam etdirirlər.

Yenixeber.org: Belə şəxslərdən biri də Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri Martin Sonneborndur.




Azərbaycan Xarici İşlər Nazirliyi M. Sonnebornun siyasi kloun və marginal şəxs olduğunu bəyan edib.

XİN-in sözçüsü Hikmət Hacıyev qeyd edib ki, bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir: “Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət edib”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Dağlıq Qarabağa qanunsuz səfərlərə görə XİN-in “qara siyahısı”na düşən şəxslərin kimliyinə baxandan ermənilərin çarəsizliyi aydın görünür:

“Erməni diasporu Qarabağ məsələsini vaxtarışı özlərinin gündəmində saxlamağa çalışırlar. Onlar beynəlxalq ictimaiyyəti aldadır, Azərbaycanın ərazi bütövlüyünü pozduqları faktını yanlış təqdim etməyə cəhd edirlər. Bu siyasətin bir hissəsi olaraq pul üçün hər şeyə hazır olan siyasətçilərin Qarabağa gətirilməsidir. Belə insanlar pul naminə istənilən addımı atarlar, onların siması məlumdur. Lakin ermənilərin bu istiqamətdə xərclədiyi pullar batacaq, çünki Azərbaycan işğal altındakı ərazilərinin azad olunması üçün aktiv şəkildə fəaliyyət göstərir. Əminəm ki, bu tarix uzaqda deyil”.



A. Mirzəzadə qeyd edib ki, dünyada ciddi siyasətçilər ermənilərin təxribatına uyaraq, Dağlıq Qarabağa gəlmirlər.

“Qarabağa səfər edənlər adətən başqa ölkələrdə yaşayan etnik ermənilər və qeyri-ciddi şəxslərdir. Bəzən ciddi şəxslər Qarabağa gəlirlər, lakin onlar sonradan həqiqəti öyrənəndə Azərbaycandan üzr istəyirlər. Bütün bunlar Azərbaycanın dağlıq Qarabağ məsələsində apardığı siyasətin və təbliğatın uğurlu nəticəsidir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizimlə hesablaşır”, - deyə Milli Məclisin üzvü vurğulayıb.(publika)

Asif


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam