Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

"Ermənistanın əcnəbiləri işğaldakı ərazilərimizə çağırması cinayətdir"

 

Yenixeber.org: Ermənistan əcnəbi vətəndaşları, xüsusilə bir qrup siyasətçiləri maddi maraq müqabilində ələ almaq, şantaj və ya aldatmaq yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə təhrik edir və sonradan özünün siyasi propaqanda alətinə çevirir. Ermənistan xarici işlər naziri son açıqlaması ilə açıq şəkildə əcnəbi vətəndaşları qeyri-qanuni səfərlərə çağırmaqla beynəlxalq hüquqi və Azərbaycanın qanunlarını pozmağa dəvət edir ki, bu özü də cinayətdir.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Himkmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərinin artması və Azərbaycanın Ermənstanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasında deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan bu kimi səfərlərin qeyri-qanuniliyi və hüquqi fəsadları barədə beynəlxalq səviyyədə apardığı məlumatlandırma və maarifləndirmə, arzuolunmaz şəxslər siyahısının tətbiq olunması, “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın iqtisadi və digər qeyri-qanuni əməlləri” adlı hesabatın, bu kimi əməllərin hüquqi məsuliyyəti barədə hüquqi rəylərin hazırlanması, milli və beynəlxalq səviyyədə hüquqi təqib xarakterli addımların atılması, o cümlədən Aleksandr Lapşinin işi nəticəsində işğal olunmuş ərazilərə qanunsuz səfərlərin təşkil edilməsi ilə bağlı Ermənistanın yürütdüyü siyasət ifşa edib və qanunsuz səfərlərin qarşısı əsaslı şəkildə alınıb:

"Ermənistanın qanunsuz əməllərinin qurbanı olan bir çox şəxslər aldandıqlarını başa düşərək sonradan Azərbaycan tərəfinə müraciət edir, törətdikləri əmələ görə üzr istəyir və adlarının bu sıyahıdan çıxarılmasnı xahiş edirlər. Məsələnin çox ciddi mənəvi tərəfi də var. İşğal edilmiş ərazilərə aldadılaraq qanunsuz səfərə sövq edilən bir çox şəxslər bu ərazilərdə milyondan artıq insana qarşı qanlı etnik təmizləmə törədildiyini dərk edir və əməllərindən peşman olurlar. Həmçinin, müharibə zonası olduğu üçün işğal olunmuş ərazilərdə əcnəbi vətəndaşların həyatı üçün ciddi təhlükə var. Dünyanın əksər ölkələrinin Xarici İşlər Nazirliklərinin internet səhifələrində Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinmək və bu kimi səfərlərin hüquqi məsuliyyəti barədə xəbərdarlıq var. İndi özünə bəraət qazandırmaq üçün Ermənistan tərəfi əcnəbi ölkələrin erməni əsilli vətəndaşları, erməni lobbisinin bilavasitə təsiri altında olan fərdlərin tək-tük səfərlərini təşkil etməyə cəhd göstərir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam