Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

XİN sözçüsündən xəbərdarlıq

 

Lyubov Kazarnovskaya və German Sterliqovun adları Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısına daxil edilib
"Xeberinfo.com":   Məlumata görə, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev məlumat verib. deyib.
“Ziddiyyətli bioqrafiyası olan German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirkli pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu yəqin ki, bilməmiş deyildi. Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşada “insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. “İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən azərbaycanlıların faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır”,- deyə H.Hacıyev qeyd edib.
G. Sterliqovun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə açıqlamasını XİN sözçüsü bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz “özünüreklam” cəhdi kimi qiymətləndirib: “KİV nümayəndələrinə bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik. KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanununun və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam