Yenixeber.org: Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.
"Ukraynanın müdafiə şirkətləri Danimarkada yeni birgə istehsal layihələri həyata keçirəcək. Bu, bu gün danimarkalı həmkarlarımız - müdafiə naziri Troels Lund Poulsen, sənaye, biznes və maliyyə naziri Morten Bodskov və xarici işlər naziri Lars Lökke Rasmussen ilə imzalanmış anlaşma memorandumunda nəzərdə tutulub", - o “Telegram” kanalında yazıb.
O bildirib ki, sənəd birgə obyektlərin yaradılmasını, texnologiya mübadiləsini, birgə layihələrin həyata keçirilməsi üçün Aİ-nin maliyyə vəsaitinin cəlb edilməsini nəzərdə tutur.