Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Radikallığa qarşı Azərbaycan modeli: təhsil və inkişaf

 Radikallığa qarşı Azərbaycan modeli: təhsil və inkişaf

 

Bizimlə razılaşmaya bilərlər. Bizi bəyənməyə, düşmən kəsilə də bilərlər. Hətta Avropa ölkələrindəki "siyasi mühacir-bloqer" adlandırılan siyasi bisavadları banda halına salaraq Azərbaycanın üzərinə hücuma keçmək üçün onlara "Fas!" əmri də verə bilərlər

Yenixeber.org: Fəqət, fakt danılmazdır: müstəqil siyasət yürüdən, diplomatiya xəttini heç bir dövlətin maraqları qarşısında əyməyən, siyasi kursunu bu və ya digər dövlətin mənafelərinə görə sındırıb ziqzaq halına salmayan Azərbaycana böyük güclər sayğı bəsləyirlər.

Azərbaycan heç bir ölkə ilə münasibətlərini, sadəcə, öz mənafeyinə uyğun qurmayıb və indi də belədir. Dövlətlərarası münasibətlərdə rəsmi Bakı maraqların qarşılıqlı ifadəsinə, mənafelərin praqmat və realist izharına üstünlük verir.

Münasibətlərin qayəsini isə milli maraqlarımız təşkil edir.

Milli maraqlarımız isə ondan ibarətdir ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun. Bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir.

Bəhs etdiyimiz məqamın nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur. Bizim qonşularla çox yaxşı və sıx, mehriban münasibətlərimiz var, onlar da bizə yaxşı münasibət bəsləyirlər. Buna görə də bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb.

Hazırda əsas vəzifə bu müsbət inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu, regional sabitliyin möhkəmləndirilməsinə şərait yaradacaq.

Həm də ona görə ki, Azərbaycanda cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur.

Doğrudur, bütün müsəlman ölkələrində belə təhlükələr var və bunu etiraf edirik.

Cəmiyyətdə dini radikallaşmaya yol verməmək, fəaliyyətlərin din ilə pərdələyən və ən müxtəlif sektaların, xüsusilə də ifrat radikal cərəyanların mənsublarının zərərli təbliğatının qarşısını almaq üçün inzibati-amirlik metodları işlək deyil. Tam əksinə, hansısa dövlətdə "Şəriətlə idarə olunan xilafət" yaratmaq, cəmiyyəti orta əsrlərin ilkin çağlarına qaytarmaq, qanunları fətvalar, qaydaları ənənələr, insan haqlarını isə hədislərin şərtləri ilə əvəzləməyə çalışanlara qarşı sərt addımlar, həbslər, cəzalar onları daha da radikallaşdırır. Belədə həmin adamlar özlərini "təqib olunanlar" adlandırır,

Müsəlman ölkələrindəki situasiya bunu göstərir: hansı dövlətdə ki, cəmiyyəti radikallaşdırmağa çalışanlara qarşı həbslər aparılır, onların cəmiyyətdən təcrid olunması üçün tələsik və genişmiqyaslı addımlar atılır, tədbirlər görülür - orada radikallar daha da güclənir.

Digər əsas məsələ kütləvi yoxsulluq, işsizlik, ümidsizlikdir. Sadalanan amillərin hamısı din zəminində radikallaşmaya rəvac verir.

Azərbaycanda isə vəziyyət tam fərqlidir.

Radikallaşma meylləri ilə mübarizədə, onların aradan qaldırılmasında əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir.

Rəsmi Bakı çoxdan başa düşüb ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil.

Azərbaycan bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idi və buna nail oldu.

Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir. Bunu demək kifayətdir ki, ölkə büdcəsində iki əsas xərc maddəsi var - müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər.

İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir.

Çoxsaylı sosial-iqtisadi problemlər - yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır.

Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği - bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizəyə yardım edir.

Azərbaycanda cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur.

Biz, sadəcə, özümüzü kənardan mənfi və təhlükəli təsirlərdən həm inzibati, həm də sosial-iqtisadi və ideoloji xarakterli tədbirlərlə qorumalıyıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam