Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ziyafət Əskərov:"Azərbaycan Rusiya və MDB ölkələrində sabitliyin olmasında maraqlıdır"

 

"Biz artıq bir neçə gündür ki, Moskvadayıq, bunadək isə MDB-nin Parlamentlərarası Assambleyasının müşahidə missiyası çərçivəsində Rusiyanın başqa şəhərlərində olduq. Azərbaycan nümayəndəsinə belə bir fəxri missiyaya rəhbərliyin etibar edilməsi ikiqat sevindiricidir, bu həm də ikiqat məsuliyyət deməkdir"

 

Yenixeber.org: Bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əskərov Moskvanın Arbat rayonunda 3 saylı seçki məntəqəsinin açılışında deyib.

O, MDB Parlamentlərarası Assambleyası missiyasının koordinatoru təyin olunduğuna görə minnətdarlığını ifadə edib.

Azərbaycan nümayəndəsi seçkilərin şəffaf, səsvermə prosesinin Konstitusiyaya və Rusiyanın seçki qanunvericiliyinə uyğun keçdiyini qeyd edib.

Z. Əskərov bildirib ki, Rusiya xalqı bütün MDB dövlətlərinin əməkdaşlıq edəcəyi prezidenti seçir.

"Biz həm Rusiyada, həm Azərbaycanda, elcə də digər MDB ölkələrində sabitliyin olmasında maraqlıyıq. Çünki sabitlik olmasa, inkişaf da olmaz. İnkişaf varsa, sabitlikdə var, iqtisadiyyat işləyir. İqtisadiyyat işləyirsə, bu, insanlar üçün yaxşıdır. Allaha şükür, bu gün Rusiyada sabitlik var, stabillik şəraitində prezident seçkiləri keçirilir. Dünən Rusiyanın müxtəlif subyektlərində olan missiya üzrə həmkarlarımız öz hesabatlarında federasiyanın digər regionlarında da vəziyyətin sakit olduğunu, seçkilərin təşkil olunduğunu və Rusiya qanunvericiliyinə uyğun keçirildiyini xəbər veriblər. Rusiya xalqına layiqli prezident seçmək yolunda uğurlar arzu edirik", - deyə MM-in vitse-spikeri bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya seçkilərində təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılıb.

"Vətəndaşlar seçki məntəqəsinə daxil olarkən ciddi yoxlamadan keçirlər, seçki məntəqəsi və komissiya binaları etibarlı mühafizə altındadırlar ki, bu da təhlükəsizliyin yüksək olmasından xəbər verir", - deyə Z.Əskərov söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam