Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Bəzi dövlətlər digər dövlətlərin daxili işlərinə qarışmağı özlərinin “vəzifəsi” hesab edirlər"

"Təəssüflər olsun ki, əsası Vestfaliya sistemindən irəli gələn dövlətlərin suverenlik prinsipi anarxiya xarakteri daşıyan müasir beynəlxalq münasibətlərdə davamlı pozulma və kənar müdaxilələr obyekti olmaqdadır".

Xeberinfo.com:  Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasında xarici siyasət strategiyasının həlledici roluna dair məqaləsində bildirib.

XİN başçısı qeyd edib ki, bəzi dövlətlər qanunsuz şəkildə özlərini bərabərhüquqlu dövlətlər içərisində “daha üstün” hesab etməyə çalışaraq digər dövlətlərin daxili işlərinə qarışmağı özlərinin “vəzifəsi” hesab edirlər. Onun fikrincə, nəticə etibarilə, bəzi ənənəvi dövlətlərin gələcək taleyini, suverenliyi və vahidliyini ciddi şəkildə təhdid edən proseslər cərəyan edir, onlar beynəlxalq hüququn subyektindən onun obyektinə çevrilir və yeni münaqişə ocaqları yaranır: "Azərbaycan xalqı bugünkü müstəqilliyi bərpa etmək üçün çoxsaylı qurbanlar verib və xalqımız illər boyu bu müstəqilliyin intizarında olub. Ona görə də Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi və onun gələcək nəsillərə ərməğan edilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Biz suveren bərabərlik prinsipindən çıxış edərək digər dövlətlərin suverenliyinə hörmətlə yanaşırıq, daxili işlərə qarışmırıq və özümüzə münasibətdə də bu cür yanaşmanı tələb edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam