Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Qərb Ukraynaya sülhün gəlməsini istəmir? -ŞƏRH

Qərb Ukraynaya sülhün gəlməsini istəmir? (ŞƏRH)
"II Ukrayna Sülh Sammitinin təxirə salınması ABŞ-da keçiriləcək seçkilərlə bağlıdır".
Yenixeber.org: Bunu politoloq Rüstəm Tağızadə noyabrda keçirilməsi planlaşdırılan II Ukrayna Sülh Sammitinin təxirə salınması səbəblərindən danışarkən deyib.
Rüstəm Tağızadə bildirib ki, noyabrda keçirilməsi planlaşdırılan II Ukrayna Sülh Sammitinin təxirə salınması bir sıra səbəblərlə bağlıdır:
"Fikrimcə, Avropa İttifaqı, xüsusən də ABŞ hələlik sülh tərəfdarı deyil. Vaşinqton müəyyən qədər müharibənin uzanmasında maraqlıdır. Digər tərəfdən, həmin tədbir sülh samiti adlansa da, o demək deyil ki, orada sülhə aid hər hansı ilkin sazişlər imzalana bilər. Müharibə davam edir. Kiyev də müharibənin davam etməsində maraqlıdır. Onun həyata keçirdiyi hərbi əməliyyatlar da müharibənin uzanmasına doğru aparır". 
 
Həmsöhbətimiz qeyd edib ki, II Ukrayna Sülh Sammitinin təxirə salınmasında noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin də təsiri var: 
"Noyabrda ABŞ-da prezident seçkisi olacaq və yeni prezident gələn ilin yanvarından vəzifəsinə başlayacaq. Düşünürəm ki, məzh ABŞ-ın yeni Prezidentinin kim olacağı məsələsilə bağlı olaraq da samit təxirə salınıb".
Ekspert vurğulayıb ki, Rusiya isə artıq müharibənin uzanmasına çalışmır:
"Çünki resurs baxımından böyük itkilərə məruz qalıb. Moskva münaqişənin dondurulmasını istəyir. Lakin kompromis olmadığından müharibə uzanır".
Qeyd edək ki, noyabrda keçirilməsi planlaşdırılan II Ukrayna Sülh Sammiti təxirə salınıb. Bu barədə Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Darya Zarivnaya məlumat verib. O qeyd edib ki, yekun tarixlə bağlı qərar sülh formulunun müddəaları üzrə müzakirələr başa çatdıqdan sonra veriləcək.(Qaynarinfo) 
Rüfət Sultan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam