Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rüstəm Usubov:Baş prokurorluğun “boz kardinalı”

  •  İlham Əliyev mayın 21-də Rüstəm Usubovu işdən azad edərkən həm də prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar hüquqşünas" fəxri adla təltif edib

Yenixeber.org: Prezident İlham Əliyevin cümə axşamı işdən azad etdiyi və fəxri ad verdiyi, 15 il baş prokurorun birinci müavini işləmiş Rüstəm Usubovun prokurorluq fəaliyyəti ilə bağlı rəylər birmənalı deyil.

İlham Əliyev mayın 21-də onu işdən azad edərkən həm də prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar hüquqşünas" fəxri adla təltif edib.

Sosial Tədqiqatlar Mərkəzinin ötən il apardığı sorğuda vətəndaşların böyük hissəsi məhkəmə və prokurorluq orqanları barədə narazılıqlarını bildiriblər, qurumun rəhbəri Zahid Oruc deyib, ancaq onu da əlavə edib ki, bu məsələdə fərdlərin fəaliyyəti deyil, məhkəmə və onun bir hissəsi olan prokurorluğun fəaliyyətini qiymətləndirmək lazımdır.

Təxminən 1 ay öncə prezident Zakir Qaralovu baş prokurorluqdan azad etmiş, onun yerinə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev təyin etmişdi.                

66 yaşlı Rüstəm Usubovu əvvəllər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq işləmiş Elçin Məmmədov əvəzləyəcək.

Bəzi hüquqşünaslara görə, Rüstəm Usubov hakimiyyətin qoyduğu qaydalara uyğun fəaliyyət göstərib: "qanunun göstərişlərindən çox "siyasi sifarişləri icra edib".

                                   "Rüstəm Usubov bu sistemin yetişdirməsi idi"

Vəkil Fuad Ağayevə görə, Rüstəm Usubov rəhbər vəzifədə olduğu müddətdə bir neçə rezonans doğuran məsələlərlə yadda qalıb.

"Rüstəm Usubov bu sistemin yetişdirməsi idi və o, baş prokurorun müavini olduğu dövrdə bir sıra rezonans doğurmuş və siyasi baxışlarına görə təqib olunan insanların həbsi ilə müşayət olunan cinayət işlərinə rəhbərlik edib və hətta bəzilərində istintaq qrupunun rəhbəri də olub."

Vəkil hesab edir ki, "indiki sistemdə o vəzifəni tutan insanın hansısa müstəqilliyindən və qanundan kənar göstərişlərə deyil, qanun normalarına tam şəkildə əməl etməsini gözləmək çox çətindir".

                                        "Fərdlərin də rolu böyükdür"

Hüquqşünas Aslan İsmayılova görə, Baş Prokurorluqda bütün "haqsızlıq və qanusunsuzluq" əməllərinin "ən azı icra edəni Rüstəm Usubov" olub.

"Azərbaycanda bəllidir ki, nə müstəqil məhkəmə, nə prokurorluq orqanı yoxdur. Bunlar hamısı göstərişlə iş görürlər, amma ölkədə baş verən bütün qanunsuzluqları, haqsızlıqları tək yuxarıdan olan göstərişlə izah etmək düzgün deyil," - Aslan İsmayılov deyib.

Aslan İsmayılov deyib ki, ölkədə baş verən qanunsuzluqların hər biri ilə bağlı rəhbərlikdən ayrı-ayrılıqda göstəriş gəlmir.

"Əlbəttə, köklü dəyişiklik üçün sistem dəyişikliyi olmalıdır, amma bu gün ölkədə baş verən bütün o qanunsuzluqları, eybəcərlikəri tək sistem adına yazmaq düz olmazdı. Fərdlərin də rolu böyükdür".

                               "...ancaq məişət korrupsiyası ilə mübarizə aparılıb"

Hüquqşünas Yalçın İmanov hesab edir ki, Rüstəm Usubov Baş Prokurorluğun "boz kardinalı" olub və onun birinci müavin olduğu dövrdə prokurorluq ancaq məişət korrupsiyası ilə mübarizə aparıb.

"Rüstəm Usubovun 15, Zakir Qaralovun 20 illik rəhbərliyi dövründə prokurorluq məhkəmə hakimiyyətinin bir qolu olmaqdan çıxıb icra hakimiyyətinin bir əlavəsinə çevrilmişdi. Yəni, icra hakimiyyəti hansı sifarişi verirdisə, o cür də cinayət işlərinin istintaqı aparılırdı və bu istintaqlar ya sifariş, ya da adekvat, proporsional olmayan şəkildə bir çox hallarda ittiham hökmlərinin çıxarılması ilə nəticələnirdi,"- Yalçın İmanov deyib.

                                           "məhkəmə və prokurorluq orqanlarından narazılıq"

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc hesab edir ki, Rüstəm Usubov parlament üzvlərinə "əlçatan adam olub".

"Onunla müxtəlif məsələləri müzakirə etmək mümkün idi, problemlər qaldırıldığı təqdirdə o, təyinatı üzrə tapşırıqlar verməyə çalışırdı. Eləcə də qəbul sistemində müxtəlif adamların birbaşa qəbul edilməsi və məsələləri şəxsi nəzarətə götürülməsi istəkləri zamanı görürdük ki, adekvat reaksiyalar var. Bu cəhətləri demək lazımdır," - Zahid Oruc bildirib.

Amma millət vəkili onu da deyib ki, burada fərdlərin fəaliyyəti deyil, məhkəmə və onun bir hissəsi olan prokurorluğun fəaliyyətini qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzinin ötən il apardığı sorğuda məlum olub ki, vətəndaşların böyük hissəsi məhkəmə və prokurorluq orqanları barədə narazıdırlar.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri deyir ki, bu sorğunun nəticələri ölkə rəhbərliyinə və dovlət orqanlarına təqdim edilib.

Rüstəm Usubovun "siyasi təqiblərdə rolu" barədə səslənən ittihamlar haqqında isə Zahid Oruc hesab edir ki, "bu məsələdə beynəlxalq qurumlar vəziyyəti dramaktikləşdiriblər".

"Biz 5-10 nəfər siyasi mənsubiyyət daşıyan və ətraflarında müxtəlif barrikada qurub daim hüquq mühafizə orqanları ilə savaştəşkil edən insanların məsələləri üzərindən məhkəmə-prokurorluq orqanlarının fəaliyyətini qiymətləndirmirik. Hərçənd hesab edirəm ki, məsələnin qarşı tərəfində beynəlxalq qurumlar məsələni siyasiləşdirərək, dramatikləşdirərək qiymət veriblər,"- Zahid Oruc deyib.

Onun sözlərinə görə, "siyasi mənsubiyyəti olan adam cinayət törətdikdə onun müdafiəsi qurulur və insan haqları mövzusu da bu cəhətdən istismar edilir".

Millət vəkili hesab edir ki, hazırda qiymətləndirmə kriteriyası vətəndaşın mənafeyidir.

"Biz görürük ki, ilkin istintaq tədbirləri zamanı vətəndaşın hüquqi ekspertiza məsələlərindən tutmuş digər bütün istintaq tədbirlərində problemlər özünü göstərməkdədir. Bu, bir sıra hallarda vətəndaşların və ya ziyan çəkən tərəfin ən sonda narazı mövqe göstərməsinə gətirib çıxarır. Biz düşünməliyik ki, bu sahədə problemlər var,"- Zahid Oruc bildirib.

                                                   Rüstəm Usubov kimdir?

Rüstəm Usubov 1954-cu il oktyabrın 4-də Gəncə şəhərində anadan olub.

1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib.

1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında işləməyə başlamış Rüstəm Usubov 2005-ci ildə Azərbaycan Baş prokurorunun birinci müavini təyin olunmuşdu.

O, ölkə Prezidentinin sərəncamı ilə iki il əvvəl «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. Prezident İlham Əliyev baş prokurorun birinci müavini Rüstəm Usubovu işdən azad edib. O bu vəzifədə 2005-ci ilin avqustundan işləyirdi.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam