“Qaçqınkom”un Eldar Mahmudova paket daşıyan departament rəisinin sensasion dosyesi
Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadə bu posta təyin olunduğu təxminən üç aydır 
Yenixeber.org: Kkomitə sədri Rövşən Rzayevin sinif yoldaşı olduğu deyilən R.Tağızadə gələr-gəlməz üç ay ərzində özünü “təsdiqləyib”. 

Onun əlinin çatmadığı qanunsuz işlər qalmayıb. Şəhid Milli Qəhrəmanın qardaşı Akif Mirzəyevin yerinə təyin edilmiş Mənzil İstismar Departametinin direktoru sabiq vergilər nazir Fazil Məmmədovun yaxın kadrı imiş. 

                                        Sürücüsü qəza törədib və komitədən pul silib

Demə, bu yaxınlıq Fazil Məmmədovun aylıq paketlərinin Eldar Mahmudova daşınmasına qədər uzanıb. Buna görə nazir Mikayıl Cabbarov onu qovub. 

Məcburi köçkün, şəhid qardaşı olan jurnalist Xəyyam Salmanzadə video müraciətində R.Tağızadənin daha hansı heyrətamiz əməllərin sahibi olduğunu açıqlamışdı. 

Onun sözlərinə görə, R.Tağızadə MİS rəislərini əsassız işdən çıxardaraq, qapısının ağzında 3000-5000 arası əlində pul gözləyənləri onların yerinə təyin edib: 

“Mənzil İstismar Departametinin direktoru Rasim Tağızadə işə başlayan gün özü ilə gətirdiyi sürücüsü komitəyə məxsus 99 AU 102 dövlət nişanlı avtomobillə şəhərdə avtoxuliqanlıq etməklə qəza törədib. 

Və dərhal maşını təmir servisinə apararaq “Qaçqınkom”un hesabından 2900 manat çıxarılıb. Bu pul yumağı belə əsaslandırıblar ki, guya maşın nasaz vəziyyətdədir və istifadə üçün mütləq təmir olunmalıdır. 

Həmin sürücü işdən qovulsa da, dövlətə dəymiş 2900 manat ziyan ödənilməyib. Sürücüdən sonra gələn növbəti sürücü Müzəffər adlı şəxsin niyə tez bir zamanda işdən könüllü çıxmasının səbəbi isə çox gülməlidir.

Son bir ay ərzində artıq üçüncü sürücü ilə işə gəlib-gedən Rasim Tağızadənin qara kassaları isə onunla birlikdə vergidən qovularaq komitəyə gətirib yüksək vəzifəyə təyin etdirdiyi Asif və İlqar adlı şəxslərdir”. 
Əli Həsənova qarşı piar və yeyintilər...

Vaxtilə R.Tağızadə Bərdəyə səfəri zamanı köçkünlər üçün salınmış qəsəbədə AXCP-Müsavat birliyinin fəalları ilə görüşmüşdü. 

O, həm Ümummilli lider Heydər Əliyevə, həm prezident İlham Əliyevə sədaqətli olmuş keçmiş komitə sədri Əli Həsənov barəsində sərt çıxış etmişdi. 

O, “Qaçqınkom”un büdcəsinin boş olduğunu, hakimiyyəti oğurluqda, rüşvətxorluqda ittiham etmişdi.

Amma elə ki, Mənzil İstismar Departametinin direktoru işinə başlayır, R.Tağızadə evlərin addan-ada dəyişdirilməsi üçün qoyulan qeyri-rəsmi rüsumu 100 faiz artırır. 

Bərdə, Mingəçevir, Yevlax, Goranboyda rüsum 3000 manat, Bakıətrafı rayon və qəsəbələrdə, o cümlədən Qaradağ, Mehdiabad və Masazırda adı çəkilən rüsum 4000 manata qalxıb.

“Rasim Tağızadə yuxarıda qeyd etdiyim pulu Asif və İlqar adlı şəxslər vasitəsi ilə alaraq, köhnə tarixlə evləri addan-ada keçirir. 

Rasim Tağızadə MİS rəislərinin möhürlərini hansısa məqsədlə əlindən almış və bu özbaşınalığa görə, məcburi köçkünlər arayış ala bilmədiyindən süründürməçiliyə düçar olub. 

Rasim Tağızadə işə daxil olan kimi departamentin tabeçiliyində olan MİS-lərin 140-150 ə yaxın işçisini aldığı 130-170 manat əməkhaqqısını dondurmuş və sonradan həmin əməkhaqqıları yenidən kartlara vurdurub. 

MİS-nin rəislərini şantaj edərək, işçilərin əmək haqlarını, komitə sədrinin adından sui-istifadə edərək dövlətə qaytarılacağını demiş və bankomatdan çıxarılıb. 

Bunu verilməsinin tələb etmiş lakin 40.000 manata yaxın dövlətin maliyyə vəsaitin mənimsəmişdir. 

Bununla bağlı Baş Prokurorluğa kollektiv olaraq müraciət edilib” ,-deyə X.Salmanzadə prezidentə və komitə sədri R.Rzayevə video müraciətində qeyd edib. 

                          Öz adamlarını necə vəzifələrə yerləşdirir?

Departament direktoru Bərdədəki şəhərciyin MİS-nin rəisi, ali təhsilli Namiq Məmmədovu əsassız olaraq işdən azad edib. 

R.Tağızadə onu işdən azad edərkən səbəb göstərib ki, şəhərciyin işıqları yanmır. Amma R.Tağızadənin N.Məmmədovun yerinə təyin etdiyi orta təhsilli Surxay iki aydır ki, vəzifəsini icra etsə də, sönən işıqlar yandırılmayıb. 

R.Tağızadə Şabran rayon 70 evlik Qarabağlı qəsəbəsinin MİS rəisi, məcburi köçkün, atanız Şükür Rzayevin yaxın dostu olan və iki ali təhsilli Məhəmməd Məmmədovu yanına çağıraraq, “Cəbrayıllısan işləyə bilməzsən. Böyük Mərcanlsan ümumiyyətcə bu komitədə ola bilməzsən” deyərək onu məhz Əli Həsənovla kəndçi olmasına görə, əsassız olaraq otağından qovaraq işdən azad etmiş və onun yerinə Şabrandan 500 km aralıda yerləşən Ağcabədi rayonun Taxta körpü ərazisində yaşayan və icra nümayəndəsi kimi aylıq 450 manat əməkhaqqı alan adamı onun yerinə 170 manatlıq vəzifəyə təyin etmişdir. 

Maraqlıdır öz obasında 450 manat əməkhaqqı alan adam öz obasından 600 km aralıda 170 manatla necə dolanacaq? Bu işdə hansısa qaranlığı görmək çox çətindirmi? 

X.Salmanzadə müraciətində deyir: “Atanızın dostu olan iki ali təhsilli Məhəmməd Məmmədov məhz adıçəkilən qəsəbədə yaşayır və həmin qəsəbənin MİS rəisi kimi öz vəsaiti hesabına qəsəbənin yollarını təmir etdirmiş, qəsəbəyə uzun məsafədən şollar suyu çəkdirmişdir.
Hazırda həmin qəsəbədə 8 gündür su yoxdur. Və yeni təyin olunan MİS rəisi su problemi ilə bağlı narazılıq edən məcburi köçkünləri sakitləşdirə bilmir. 

Rayonda böyük nüfuza malik olan, atanız Şükür müəllimlə çörək kəsmiş dostu Məhəmməd Məmmədov sırf əlaqələrindən istifadə edərək, qəsəbənin suyun verilməsini bərpa etmişdir.

Ağcabədidə yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbənin MİS rəisi Nazim Aslanov işlədiyi müddətdə işində yol verdiyi ciddi nöqsanlara görə o cümlədən dövlət vəsaitini mənimsəməsi və dələduzluğuna görə rayon və Apelyasiya məhkəmələri haqqında qərar çıxartmış və Nazim Aslanovun dərhal işdən çıxarılması üçün qəırarın sürəti sizə göndərilmişdir. 

Hər dəfə otağınıza gələndə sizlə öpüşüb-görüşən Rasim Tağızadə məhkəmə qərarların məqsədli şəkildə sizdən gizlətmiş və Nazim Aslanovu daha yüksək vəzifəyə təyin etmişdir. 

Hazırda Nazim Aslanov Abşeron MİS rəisi olmaqla yanaşı xidməti avtomobillə təmin etdirmişdir. Səbəb?”

Şuşa RİH-nin başçısı Bayram Səfərovun kürəkəni, milyonçu Pərviz Həsənovu Müşviqabadda MİS rəisi onun əməkdaşı naxçıvanlı və ali təhsili olmayan Yusif adlı şəxsi isə Mehdiabada MİS rəisi təyin etdirmişdir”.

Tağızadənin 160 minlik “BMV”si...

X.Salmanzadə qeyd edir ki, təyin etdiyiniz Rasim Tağızadə dəyəri 160000 manat olan BMW sürür:
 “Və 160000 manatlıq BMW-də gəzən, dəyəri milyonla villada yaşayan, bir neçə obyektini banklara icarəyə verən adamın ac, imkansız, qayğıya ehtiyacı olan məcburi köçkünə necə diqqət göstərəcəyini anlamaq üçün gərək sizin yerinizdə olam. 


Mən isə anlamaq üçün heç zaman imkanım olmaz ki, sizin yerinizdə olam. Çünki bu imkansızdır, mən isə çadırlarda böyümüş, nəsli-kökü ermənilərdə əsir qalmış və şəhidlik zirvəsinə ucalmış bir kimsəsiz yetiməm.

Və keçirəm Rasim Tağızadənin mənə göndərdiyi imtina məktubunun səbəbinə. Belə ki, mən sizə müraciət etdiyim 55 gün ərzində Rasim Tağızadə Bakının Mehdiabad və Müşviqabad qəbələrində, həmçinin Bərdənin və Tərtərin məcburi köçkünlər üçün salınmış qəsəbələrində onlarla məcburi köçkünə mağaza üçün torpaq satmışdır. Və belə bir yer üçün təkcə Müşviqabadda vətəndaşdan 10000 manat alaraq mağaza yeri vermişdir. 

Mənim isə həmin pulu verməyə imkanım çatmadığından 55 gün sonra o,“Qaçqınkom”da iki məsul şəxsin kişi sözünü yerə vuraraq, mənə imtina məktubu göndərmişdir.

Hörmətli Rövşən müəllim!

Mənim üçün bu cür video müraciət xoş olmasa da, təyin etdiyiniz bəzi bacarıqsız, rüşvətxorəməkdaşlarınızın çoxsaylı təkidləri qarşısında aciz qalaraq, bir şəhid qardaşı, məcburi köçkün olaraq bu addımı atmalı oldum ki, həm Siz, həm ictimaiyyət, həm cənab prezident məlumatlı olsun.

Nəzərinizə çatdırım ki, dövlətin 1 milyon qaçqın və köçkünə bu illər ərzində göstərdiyi qayğı, hökumətin köçkünlərlə bağlı birmənalı olaraq müsbət siyasəti, prezidentin fərmanları göz qarşısındadır.

Hər bir köçkün prezidentin ona diqqətini hiss etməkdədir və ölkə rəhbərliyi hər zaman bizim problemlərə xüsusi həssaslıq göstərib. 

Prezidentin köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, sosial rifahının inkişafı, işlə təmin olunması istiqamətində ardıcıl və proqramlı siyasəti danılmazdır. 

Bu gün dünyanın bir çox ölkələri qaçqın problemi yaşasa da, Azərbaycan dövləti və onun Ali Baş Komandanı 1 milyon Qarabağ köçkünün probleminin həllini prioritet hesab edir. 

Prezident doğum günlirini biz qaçqınlarla keçirir, seçkidən əvvəl də, sonra da ilk görüşlərini, çıxışlarını bizə həsr edir. Biz dövlətin və onun rəhbərinin gücünü, dəstəyini və dayağını hər zaman hiss edirik, güvənirik. 

Çox əfsuslar olsun ki, prezidentin göstərdiyi bu həssaslıq, doğmalıq, köçkünlərin müraciətlərinə reaksiyalar Sizin rəhbərliyiniz altında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən analoji şəkildə göstərilmir. 

Bu video müraciətdən öncə dəfələrlə dövlətin mənə və övladlarıma verdiyi 40 manat müavinəti gündəlik tələbatımıza xərcləməyib, boğazımızdan kəsib sizə ünvanladığım teleqramlara yönəltmişəm. Heyf, boşa gedib...

Dəfələrlə sizinlə görüşməyə cəhd etdim ki, dostlarınızın, tələbə yoldaşlarınızın telefonla sizə zəng edib xahiş etdikləri adamları işə götürüb yüksək vəzifə verməyinizin biabırçılığını biləsiniz. 

Yox, əgər siz də bunlara qoşulub, doğmaları erməni əsirliyində qalmış, çadırlarda, uçuq binalarda məskunlaşmış insanlara yuxarıdan aşağı baxsanız, məni kimi yetimləri, şəhid ailələrini qəbul etməsəniz, o zaman təyin etdiyiniz digər dələduzlar kimi tərbiyəsizliyi ilə tanınan həmin kadrınız barədə olduqca geniş video çıxış etmək üçün Bakıya gələcəm, qoy respublika xəbər tutsun.

Xəyyam Salmanzadə: “Özümü yandırmaqdan başqa çarə qoymurlar”

Qoy cəmiyyət bilsin ki, özünü yandıraraq intihar edən Qarabağ əlili Zaur Həsənov faciəsinin növbəti dəfəyaşanması yaxında baş verəcək. Çünki mənə özünü yandırıb intihar etməkdən başqa yol qoymursunuz.

Bayaq qeyd etdiyim kimi, təxminən 2 ay bundan öncə Sizin ilk qəbulunuza düşüb, problemimi demək üçün gecə ilə rayondan Bakıya gəlib, səhərə qədər “Qaçqınkom”un qarşısında gözlədim. 

Qəbulun qeydiyyatı aparılan zaman məlum oldu ki, qəbulunuza düşmək üçün 1 gecə də “Qaçqınkom”un qarşısında ac-susuz gözləməliyəm.

Bu zaman “Qaçqınkom”un qarşısına toplanmış məcburi köçkünlər işçilərinizin onlara qarşı olan laqeydliyindən, hörmətsizliyindən, pis rəftarından bezərək, sizinlə görüş tələbi ilə zorla içəri daxil oldular. 

Ucqar bölgələrdən qəbulunuza gələn məcburi köçkünləri qəbul etmək əvəzinə, sizin təyin etdiniz savadsız, bacarıqsız, rüşvətxor əməkdaşlarınız polis gücü ilə küçəyə atdırıb, onları döydürdülər. 

Mənim haqlı şikayətimdən sonra əməkdaşınız İbrahim Mirzəyev və Ağalar Əliyev qəbul edərək, ərizəmdə göstərdiyim xahişin tez bir zamanda həll edəcəyinikişi kimi söz verdilər”. 

Rasim Tağızadə Xəyyam Salmanzadəyə nə deyib?

Qeyd edim ki, ərizəmdə mənə sahibkarlıq məqsədi ilə “Qaçqınkom”un Tərtər şəhərciyində mağaza tikdirməyim üçün yer ayrılması üçün xahiş etmişdim. Çox sadə bir xahişdir. 

Və yenə də qeyd edirəm ki, hər ikisi kişi kimi söz vermişdilər. Bu kişi kimi sözün üstündən 55 gün sonra (müraciətlərə baxılması qaydasına görə 30 gün olmalıdır) təyin etdiyiniz sinif yoldaşınız, keçmişi qaranlıq olan Rasim Tağızadə mənə 12 iyun 2018-ci il tarixdə 571 nömrəli məktub göndərərək, ərizəmdə göstərilən xahişin yerinə yetirilə bilməyəcəyini vurğulayıb. Çox pakizə!

Xahişimin yerinə yetirilə bilməməsinin səbəbini Rasim Tağızadə məktubunda göstərə bilməsə də, sizə ətraflı bildirəcəyəm. 

MÜRACİƏTİN TAM VİDEOSUNA BURADAN BAXA BİLƏRSİNİZ:


Palitika.Az