Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

RUSİYA VƏ İRAN ARASINDA ZƏNGƏZUR “RAZILAŞMASI”... - "Bu danışıqlar Azərbaycanın əleyhinədir..."

Zəngəzur dəhlizi ilə bağlı İran və Rusiya arasındakı fikir ayrılığı iki ölkənin münasibətlərində müəyyən soyuqluq yaratsa da, deyəsən, həll ediblər.

Yenixeber.org: Belə ki, 17 sentyabrda Sergey Şoyqunun Tehrana qısa müddətdə ikinci səfəri baş tutdu. Mətbuatda yayılan xəbərlərə görə Şoyqu dəhlizlə bağlı İranın məlum mövqeyi ilə razı olduqlarını ifadə edib. İranın “Mehr” agentliyi səfərlə bağlı bildirib ki, Şoyqu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar zamanı rəsmi Tehranın Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.

Qeyd edək ki, son aylarda ikinci dəfə İrana səfər edən S.Şoyqu prezident Məsud Pezeşkianla da görüşüb.

“Rusiyanın yüksəkrütbəli təhlükəsizlik rəsmisi Rusiya prezidentinin göstərişinə əsasən, İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə, sonuncunun Sankt-Peterburqa səfəri zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün Tehrana gəlib. Şoyqu iranlı həmkarı ilə görüşdə İran İslam Respublikasının Azərbaycanla əlaqə dəhlizləri və marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib”, - məlumatda vurğulanır. 

Maraqlıdır, görəsən söhbət hansı siyasətdən və dəstəkdən gedir? Bu o deməkdir ki, Moskva dəhliz məsələsində israr etməyəcək?

Qeyd edək ki, Qərbdə “erməni kartından” regionda gərginliyi saxlamaq istifadə edən, Türk dövlətləri arasında quru əlaqəsinin yaranmasına imkan vermək istəməyən ölkələr də Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Belə anlaşılır ki, Rusiya da bu məsələdə Qərblə eyni mövqedən çıxış edəcək?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Qərb, Rusiyanın bölgədə təsirini azaltmağa çalışır. Ancaq bu heç də Zəngəzur dəhlizinin açılmayacağı demək deyil.

Onun sözlərinə görə, Paşinyan “İran ərazisindən keçən yolda hansı şərtləri irəli sürürsə, biz də suveren ərazimizdə eyni şərtləri təklif edirik” deməsi, perspektivdə Rusiyanın nəzarəti olmadan yolun istifadəyə veriləc biləcəyinə işarə idi.

İ.İsmayıl qeyd edir ki, İranın Rusiyaya “Şahed” dronları verməsi və Ukrayna müharibəsində geniş istifadə olunduğu faktdır: “Eyni zamanda İran istehsalı olan kiçik məsafəli 220 ədəd “Fateh-360” ballistik raketlərin Xəzər dənizi üzərindən Rusiyaya verilməsi də həqiqətdir və raketlərin nəqlinin Amerika sputnikləri tərəfindən qeyd edildiyini “The Wall Street Journal” nəşri bildirmişdi. Amma İranın yeni prezidenti Pezeşkian raketlərin Rusiyaya verilməsində öz iştirakını tamamilə inkar edir və bildirir ki, bu qərar onun vəzifəsinin icrasından əvvəl qəbul olunub. Pezeşkianın Qərblə, konkret olaraq ABŞ ilə diplomatik əlaqələrin yaxşılaşdırılması, beynəlxalq sanksiyaların ən azı yumşaldılması ilə bağlı siyasi xəttinin olduğu gizli deyil. Hələ ilk mətbuat konfranslarında İranın yeni prezidenti gözlənilmədən “biz Amerika xalqı ilə qardaşıq” deməsi təsadüfi deyil. Yeri gəlmişkən, Rusiya ilə münasibətlərə toxunanda, Pezeşkian yalnız “biz dostuq” kəlməsini işlətdi. Zəngəzur yoluna münasibətlə İran həm bölgədəki marağını qorumuş olur, həm də Rusiya ilə hərbi münasibətləri minimuma endirməklə Qərblə münasibətləri yumşaltmağa çalışır.

Beləliklə, beynəlxalq siyasi şərhçilərdən birinin söylədiyi kimi “Rusiya-İran-Çin- Şimali Koreya “şər bucağında” az da olsa qırılma yaranır”. Rusiya Ukraynada müharibəni davam etdirdikcə yalnız “şər bucağı” ölkələri ilə deyil, hətta Qərblə xüsusi yaxınlığı olmayan dövlətlərlə də qırılma həddindədir, çünki Kreml ideoloqları bütün dünyanı nüvə silahı ilə təhdid edir. Guya Ukraynanı “xüsusi hərbi əməliyyatla” “denazifikasiya”, “demilitarizasiya” edib bitirmiş Rusiyanın növbəti hədəfi Amerika Birləşmiş Ştatlarının "denazifikasiyası" və "demilitarizasiyası" olacaq. Putinin texnoloqlarının ideyasına görə nüvə silahları amerikalılardan alınmalı və Amerika dövləti iki yeni "super güc" - Rusiya və Çinin nəzarətinə verilməlidir. Bu ideya sıradan bir mediada deyil, RİA-Novosti dövlət agentliyinin saytında, Kreml üçün fəal işləyən tanınmış rus ideoloqu Timofey Sergeytsevin proqram materialında öz əksini tapıb”.

İlham İsmayıl hesab edir ki, Rusiya asanlıqla Cənubi Qafqazda vacib bir nəqliyyat dəhlizinə nəzarəti itirmək istəməz. O, hesab edir ki, İranla indiki razılıq situativ xarakter daşıya bilər.

Onun sözlərinə görə Zəngəzur dəhlizinndə infrastrukturun yaradılması 4-5 il çəkə bilər.

“İndi Ukrayna müharibəsinə görə ehtiyacı olduğu raketləri və dronları almaq Rusiya üçün daha önəmlidir. Yolun çəkilişi başa çatdığı müddət ərzində dünyada, eləcə də Ermənistanda çox siyasi kataklizmlərin yaşanması tamamilə gözləniləndir və görünür Rusiya bu günün yaratdığı şəraitə görə manevr imkanlarından istifadə edir. Amma, o da var ki, həmin kataklizmlər daha çox Rusiyadan yan keçəsi deyil və Ukrayna cəbhəsində qarşılaşdığı ağır durum sonunda Rusiyaya nəinki Zəngəzur dəhlizinə, bütövlükdə Cənubi Qafqaza nəzarəti itirməklə başa gələ bilər. Buna səbəb həm də Rusiya təbliğatında atom bombası ilə bütün bəşəriyyətin hədələnməsi amili də dayanır”, - ekspert vurğulayıb.

Təhlilçinin sözlərinə görə, Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycan bu məslədə daha strateji qərarlar qəbul etməlidir və artıq ilkin olaraq sülh müqaviləsi layihəsindən Zəngəzur dəhlizi müddəasını çıxarmaqla doğru addım atdığını sübut edib.

“Sabah bu yolun açılacağı reallaşanda Azərbaycanın da mövqeyi önəmli olacaq, çünki yol yalnız Zəngəzurdan keçən 40 km-lik ərazidən ibarət deyil. Yolun hər iki çıxışı Azərbaycan əraziləridir və Azərbaycanın da maraqları nəzərə alınmasa yol öz funksiyasını itirmiş olacaq” – deyə, İlham İsmayıl vurğulayıb.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu


Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana ikinci səfəri iki dövlət arasında yaranan siyasi böhrandan irəli gəlir: “Birincisi, İran Qərblə danışıqlar əsasında Rusiya qarşı mövqe ortaya qoyub. Qərb İrana sanksiyalardan azad olmaq üçün Rusiya ilə əlaqələrə yenidən baxmağı tələb edir. Moskva da bundan narahatdır. İran isə Zəngəzur məsələsini bəhanə edir. İkincisi, İran görür ki, Qərb Yaxın Şərqdə də güclənir və özü isə Rusiya ilə eyni gəmidə olmaqla batır. Odur ki, gəmini tərk etmək üçün yollar axtarır. Ona görə də Məsud Pezeşkianı prezident postuna gətirdilər ki, Qərblə anlaşsınlar. Rusiya bunu görür və İranla danışıqlar aparır”.

M.Əsədullazadənin fikrincə, İran bilir ki, dəhliz açılacaq: “Ermənistan da bunu istəyir. ABŞ və Böyük Britaniya da bu dəhlizdə maraqlıdır. Sadəcə, Rusiya bu yola nəzarət etmək üçün əl-ayağa düşüb”.

Politoloq hesab edir ki, Azərbaycan 10 noyabr Birgə Bəyannaməsindən çıxdığını elan etməlidir: “O halda Rusiyanın artıq həmin bəyannaməyə istisna etmək imkanı qalmayacaq. Çünki Azərbaycan özü o bəyannamədən irəli gələn şərtləri yerinə yetirib. Rusiya da prosesdən kənarda olacaq”.

Ekspert şübhə etmir ki, Rusiya və İranın Zəngəzurla bağlı danışıqları Azərbaycanın əleyhinədir: “İranın Mehr agentliyi yalan xəbərlər yayır. Rusiya İranın Zəngəzurla bağlı mövqeyini dəstəkləmir. Şoyqu ona görə Tehrana gedib ki, İran da Rusiyanın Zəngəzurla bağlı mövqeyini dəstəkləsin və bu yolda Rusiya Federal Sərhəd Xidməti dayansın. Moskva Tehranın bu məsələdə mövqeyini dəstəkləyə bilməz”.(azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam