Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi... -Ermənistan KİV

 

“Dünən məlum olub ki, Nikol Paşinyan Voskeparda Tavuş kəndlərinin təhvil verilməsi ilə bağlı qızğın müzakirələr fonunda Voskepar, Baqanis və qonşu qəsəbələrin sakinləri ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, Voskepar kənd mədəniyyət evində baş tutan görüş çox isti atmosferdə keçib.

Bildirilir ki, görüşdən əvvəl ciddi təhlükəsizlik tədbirləri görülüb.

“İçəri girməzdən əvvəl vətəndaşların telefonlarını toplayıblar, bundan başqa iclas iştirakçıları metal detektordan keçib və yalnız bundan sonra zala daxil olublar. Yəni Paşinyan görüşün işıqlandırılmaması, belə demək mümkünsə, görüşün qeydə alınmaması və ya videoya çəkilməməsi üçün hər şeyi edib”,- deyə erməni nəşri yazır.

Ermənistan baş naziri erməni sakinlərə Azərbaycanın tələb etdiyi kəndlərdən ən azı 4-nün təhvil verilməsinin zəruriliyindən bəhs edib.

“Görüş zamanı Nikol Paşinyan öz iş tərzinə xas olduğu kimi, Tavuş camaatını müharibə ilə hədələyərək bildirib ki, azərbaycanlıların tələb etdiyi 4 kəndi verməsək, Azərbaycan Türkiyənin fəal dəstəyi ilə yenidən müharibə başlayacaq.

Bundan başqa, Paşinyan kəndlərin təhvil verilməsindən sonra Azərbaycanın ikinci mərhələdə anklav hesab edilən kəndləri tələb edəcəyini və bunun üçün artıq sənəd hazırlamağa başladığını bildirib.

Vətəndaşlar əlaqəsi kəsilən yaşayış məntəqələrinin taleyinin necə olacağı ilə bağlı narahatlığını bildirəndə Paşinyan bildirib ki, Yenokavan və Cucevandan keçən yeni yol çəkiləcək, lazım gələrsə, Voskepardan keçən tunel də çəkiləcək”, - qəzet bildirir

Ermənistan nəşrinin yazdığına görə, Paşinyan müdafiə naziri Suren Papikyanın ondan əvvəl kənd sakinləri ilə görüşündə dediyi bəzi fikirlərə görə əsəbiləşib.

“Bu görüşdən bizə daha bir diqqətçəkən hadisə məlum oldu: beləliklə, Tavuş sakinlərindən biri Paşinyanla görüşdə bir neçə gün əvvəl nazir Suren Papikyanla görüşdüyünü, sonuncu isə kəndlərin qaytarılmasının yalnız qarşılıqlı prinsip əsasında baş tutmalı olduğunu deyib. Yəni Azərbaycan öz növbəsində bizim əraziləri qaytarmalıdır. Bu əhvalatı eşidən Paşinyan əsəbiləşdi və kəskin şəkildə cavab verdi ki, hər kəs öz işi ilə məşğul olmalıdır, bu məsələlər Papikyanın səlahiyyətində deyil.
Bu minvalla Paşinyanın səfəri əsasən Tavuş əhalisini qorxutmaq və yeni güzəştlərə hazırlaşmaq məqsədi daşıyıb”, - deyə erməni qəzeti vurğulayır.(“Joqovurd”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam