Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

PUTİNİN SEÇKİ GİZLƏNPAÇI –Namizədliyini verir, ya yox?

Bu gün müxtəlif KİV-lərdə Vladimir Putinin gələn ilin martında keçiriləcək prezident seçkisində iştirak barədə qərar verdiyinə dair məlumatlar yayılıb.

Yenixeber.org: “Reuters” agentliyi öz mənbələrinə istinadla Putinin seçkidə iştirakla bağlı qərar qəbul etdiyini və bu qərarın artıq hakimiyyətin bütün səviyyələrinə çatdırıldığını bildirib. Xəbərdə qeyd olunur ki, Kremldə Rusiyanın bu çətin dövründə məhz Putinin idarəçiliyi öz əlində saxlamasının yeganə doğru variant olduğunu düşünürlər. Bu addımı atacağı təqdirdə Putin 2030-cu ilə qədər prezident kürsüsünü qoruya biləcək.

Xəbərdə o da deyilir ki, artıq Putinin müşavirləri seçki kampaniyasına hazırlıqla bağlı fəaliyyətə keçiblər.

Lakin Putinin sözçüsü Dmitri Peskov Rusiyanın TASS agentliyinə açıqlamasında bu xəbərləri təkzib edib. Daha doğrusu, bildirib ki, Putin hələ öz namizədliyini bəyan etməyib: “Putin bununla bağlı heç bir bəyanat verməyib. Heç kampaniyanın özü də hələ rəsmən elan olunmayıb”.

Xatırladaq ki, daha öncə Peskov Putini nəzərdə tutaraq, Rusiyada yalnız bir nəfərin seçkidə qalib gələ biləcəyini bəyan etmişdi və dolayısı ilə seçkinin mənasız olduğunu bildirmişdi. Onun bu açıqlaması çoxlu mübahisələrə və müzakirələrə səbəb olmuşdu.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam