Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Putin Əliyevlə nələri müzakirə edəcək? -AÇIQLANDI

 

Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O deyib ki, prezidentlər Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin öz torpaqlarına mümkün qayıdışını təmin etmək kontekstində imkanları müzakirə edəcəklər.
 
Prezidentlər Qırğızıstanda olacaqlar və oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

“Günortadan sonra Azərbaycan Respublikasının Prezidenti Əliyevlə söhbət planlaşdırılır. Deyə bilərəm ki, biz bu əlaqəyə böyük əhəmiyyət veririk. Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və dinamik inkişaf edir. Prezidentlər həm iqtisadi sahədə, həm də nəqliyyat, logistika, energetika və sənaye sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kontekstində gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar”, - deyə Uşakov jurnalistlərə bildirib.

“Və təbii ki, Qarabağ ətrafındakı vəziyyətlə bağlı olanları müzakirə edəcəklər. Gündəlikdə beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara riayət etməklə Qarabağ ermənilərinin Azərbaycanın hüquq sahəsinə sülh yolu ilə inteqrasiyası durur və Rusiya sülhməramlı kontingenti buna şərait yaratmağa hazırdır. Məhz Rusiya sülhməramlıları ətrafında yaranmış vəziyyəti ümid edirik ki, prezidentimiz prezident Əliyevlə birgə müzakirə edəcək”, - Uşakov əlavə edib.
 

O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mandatı 2025-ci ilin dekabrında başa çatır.
 

“Və burada kontingentimizdən mümkün gələcək istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş məlum hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində”, - Putinin köməkçi bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam