Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“SÜLHMƏRAMLILAR”IN “ÇEMODAN ƏHVAL-RUHİYYƏSİ”... - Putin Qarbağda rus hərbi kontingentinə “iş qalmadığını” etiraf edir

“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı. Onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”.

Yenixeber.org: Bunu Vladimir Putin “Valday” Klubunun son plenar iclasda deyib. Onun sözlərinə görə, Azərbaycan “sülhməramlılar”ın statusu ilə bağlı əlavə razılaşma imzalamağı məqsədəuyğun hesab etməyib və buna ehtiyac da yox idi: “Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi”.

Rusiya başçısı əslində, bu fikirləri “nədən Rusiya Azərbaycanın anti-terror əməliyyatının və ermənilərin Qarabağdan köçünün qarşısını almadı, separatçıların başçılarını qorumadı” və s. bu kimi ittihamlara cavab olaraq, bir növ ermənilərin qarşısında özünə haqq qazandırmaq üçün deyib. Yəni, Rusiya yalnız atəşkəsi qorumağa cavabdeh idi. Belə olan halda, artıq Qarabağda qarşı-qarşıya duran hərbi qüvvələr, “təmas xətti”, qondarma qurum və s. kimi “sülhməramlılar”ın bu ərazidəki varlıqlarını şərtləndirən heç bir amil qalmayıb. 

Hələ onu demirik ki, “sülhməramlılar” ötən dövr ərzində heç də Putinin dediyi “atəşkəsi qorumaqla” kifayətlənməyiblər. Onların erməni separatçı hərbi birləşmələrinə silah-sursat və digər ləvazimatlar daşımasını əks etdirən çoxsaylı videofaktlar. Azərbaycan tərəfi rəsmən bu faktları elan edib. İndi nə həmin işğalçı quldur birləşmələri var, nə də onların təminatı ilə məşğul olamağa ehtiyac qalıb.

Eyni zamanda, ermənilərin böyük əksəriyyəti Qarabağdan köçüb, qalanlar isə Azərbaycan vətəndaşlığını qəbul etməyə başlayıb. Azərbaycanın bu ərazilərədəki davranışları, erməni əhaliyə çağırışları, qəbul edilmiş rəsmi tədbirlər planı və s. BMT-nin rəsmi missiayasının Qarabağda heç bir etnik təmizləmə olamdığına dair obyektiv rəyinin ortaya çıxaması ilə nəticələndi. Bu rəylə Azərbaycanın Qərbdəki ən qatı əleyhdarları da hesablaşmaq məcburiyyətində qaldılar. Bütün bunlardan sonra, “sülhməramlılar”ın Qarabağda qalmasına nə ehtiyac var? Heç nə!

Paşinyanı Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına görə açıq şəkildə qınayan Putinin əsəbi məyusluğundan belə görünür ki, o da bu reallıqla barışmaq məcburiyyətindədir. Yəni, Putinin bu mövqeyi heç də “Azərbaycanı sevdiyindən”, yaxud Kremlin Qafqaz siyasətini “könüllü olaraq dəyişməsindən” irəli gəlmir. Rusiya sadəcə, Cənubi Qafqazdan böyük ölçüdə getmək məcburiyyəti və perspektivi ilə üz-üzə qaldığını etiraf etmək ərəfəsindədir. Bütün bunlar isə artıq “çamodan əhval-ruhiyyəsində” olan Qarabağdakı Rusiya hərbi kontingentinin nəinki 2025-ci ildən sonra, hətta həmin müddətə qədər Azərbaycan torpaqlarından çəkilib getməsini zəruri və qaçılmaz edir.

Son məlumatlara görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq...

"Sovetlər İttifaqının dağılmasından sonra azərbaycanlılarla ermənilər arasında etnik münaqişə başlandı. Əvvəl Sumqayıt şəhərində başlandı, sonra Qarabağa keçdi…” Bunu da görünür, tarixi təhrif etməkdən xüsusi zövq alan və hətta Rusiyanın xarici siyasətini bu cür təhriflər üzərində quran Putin deyib. Bu fikrə adi hal kimi baxıb, üzərindən keçmək də olar. Amma məsələ ondadır ki, Putinin Azərbaycanla Ermənistan arasında yaranmış münaqişənin gerçək səbəblərini və mənbəyini təhrif etrməsi Rusiyanın ümumilikdə regiona və xüsusilə də Azərbaycana münasibətinin təzahürüdür və o deməkdir ki, Kreml bir növ reallıqla barışmaq məcburiyyətində qalsa da, qətiyyən baş verən proseslərdən məmnun deyil...

Həmin görüşdə Marqarita Simonyanın “Paşinyanı hakimiyyətə ondan ötrü gətiriblər ki, Qarabağı təhvil versin” iddiası ilə razılaşmayan Putin özünü obyektiv göstərtməyə çalışıb. Deyib ki, Paşinyanı erməni xalqı seçib və bu adam hər halda ermənilərin böyük hissəsinin iradəsini ifadə edir. Yəni, Putin dolayısıilə razılaşıb ki, Paşinyanın bütün hərəkətləri ermənilərin böyük hissəsi tərəfindən qəbul olunur və əhalinin bu siyasətə kütləvi etiraz etməməsi, onu devirməyə cəhd göstərməməsi o deməkdir ki, ermənilər həm də İrəvanın Rusiyadan uzaqlaşmaq siyasətini dəstəkləyir.

Beləliklə, Putinin Qarabağdakı “sülhməramlılar”ın perspektivi və Paşinyanla bağlı dedikləri Qafqaz xalqlarının Moskvanı, daha dəqiq desək, əsrlər boyu hökm sürmüş və indi də davam edən imperialist, şovinist, istismarçı, müasir sivilizasiyadan geri qalmış idarəçilik, daxili və xarici münasibətlər sisteminin mövcud olduğu Rusiyanı istəmədiyinin aciz etirafıdır. Heç cür dəyişmək istəməyən belə bir dövlət əminamanlıq, inkişaf, islahat, yenilik istəyən Cənubi Qafqaz regionundan getməyə məhkumdur. 

Gedəni isə saxlamazlar...(Azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam