Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycan beştərəfli görüşdən imtina etdi -SƏBƏB

 

Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib.

Yenixeber.org xəbər verir ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Qeyd edək ki, ötən gün İrəvana səfərə gələn Fransa XİN başçısı Ketrin Kolona yenidən anti-Azərbaycan bəyanatları ilə diqqət mərkəzinə düşüb. "Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək" deyən Fransa dövlət rəsmisi Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti gərginləşdirməyə hesablanmış bu açıqlamaları yalnız Ermənistanın militarizasiya prosesini sürətləndirməyə xidmət edir.

Bunlar azmış kimi Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistandakı görüşlərində saxta “blokada” və “məcburi köçürmə” hekayəsini təkrarlaması sülhə xidmət etmir. Onun “Fransa hər zaman Ermənistanın tərəfindədir” ifadələri nəhayət ki, Fransanın vicdanlı vasitəçi və neytral vasitəçi olmaq iddialarının reallığı əks etdirməyini nümayiş etdirdi. Fransa XİN başçısının Ermənistanı silahlaındırmaq istiqamətində etdiyi açıqlamalar isə rəsmi Parisin əsl niyyətinin, məqsədinin nədən ibarət olduğunu növbəti dəfə ortaya qoyur.

Bunun bir adı var: Fransa blgədə eskalasiya riskinin artmasında, Cənubi Qafqazın yenidən barıt qoxmasında maraqlıdır. Elə bu məqsədlə də Paris Ermənistanı uzun müddətli terror müharibəsinə və xüsusən Azərbaycana qarşı terrora hazırlaşdırmaqda israrlı görünür. Prezident İlham Əliyev Qranada görüşü ərəfəsində Azərbaycan əleyhinə çıxışlar edərək, bölgədə gərginliyi pik həddə çatdırmağı hədəfləyən, sülh danışıqlarına mane olmağa çalışan Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz hesab etdiyi üçün normallaşma prosesində Fransanın iştirakını məntiqəuyğun hesab etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam