Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Vardanyanın həbsi -üç sensasion versiya

İlk yayımlanma zamanı: 00:00

“Kremlin agenti” damğasını “təmizləmək” istəyib, çıxılmaz vəziyyətdə və ümidsiz olan Ermənistan cəmiyyəti gözünü “Azərbaycanda həbsdə olan lider”ə dikə bilər, nəhayət, intiqam sahibi dövlətdir!

Yenixeber.org: Ruben Vardanyanın həbsinin Azərbaycan dövlətçiliyi və cəmiyyət üçün əhəmiyyəti haqda müzakirə açmağa zənnimcə, xüsusi ehtiyac yoxdur, yəqin bu barədə başqa yazılar olacaq. Onu cəzalandırmaq üçün dövlətin ixtiyarında qanunlar var və Vardanyan neçə aydır ki, onları tapdamaq, heçə saymaqla məşğul idi. O, Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə yerləşəndən dövlətin əsəbi ilə oynayırdı, hətta istismar edirdi.

Qarabağdakı xunta rejiminin ikinci “şəxsi”- “dövlət naziri” olduqdan sonra onun açıqlamalarının az qala hər biri Azərbaycan qanunları ilə “statyadır”, onu çox uzun müddətə həbsə aparacaq cinayət əməlidir. Ona görə bu yerdə cəmiyyətin sevinmək də, hətta Vardanyana 20 illik həbs cəzası tələb etmək də doğal haqqıdır, amma unutmayın, intiqam sahibi dövlətdir! 

57fcde3.jpeg (159 KB)

Vardanyan əlbəttə ki, nə Araik Arutyunyan, nə də Samvel Şahramanyanla müqayisə ediləcək erməni separatçı lideri deyil. Onun həbsi haqda CNN-dən tutmuş Rusiyanın teleqaram kanallarınadək yazırlar və belə görünür ki, hələ çox yazacaqlar. O yazıları incələyəndə maraqlı mənzərə də yaranır, müəmmalı suallar da ortaya çıxır.

Əsas sual da budur ki, “Forbes”in siyahısında yeganə erməni biznesmen olan Vardanyan məsələn, niyə əlaqələrindən, pulundan istifadə edərək, Qarabağı tərk edə bilməyib. O halda demək, Vardanyan özü bunu istəməyib və həbs ediləcəyini bilərək buna məqsədli (şüurlu) şəkildə gedib.

Onun Qarabağı tək, hətta xarici görünüşündə heç bir dəyişiklik etmədən (məsələn, saqqalını, ya başını qırxdıra bilərdi) tərk etmək istəməsi bu versiyanı gücləndirir. Azərbaycanın “qara sıyahısı”nda olduğunu bilərək, onun “ya qismət” deyib, Laçın yoluna çıxması həqiqətən də ağlabatan görünmür. 

1080x1920.jpg (88 KB)

Həbsi barədə ilk məlumatı ictimailəşdirən arvadının Qarabağda olmadığı bəllidir. Amma Vardanyanın yanında məsələn, niyə heç olmasa bir cangüdənin və ya işçisinin, köməkçisinin olmaması da diqqət çəkir. Güman ki, bunu özü istəməyib. 

timthumb.jpg (18 KB)

İkinci versiya da maraqlıdır. Vardanyan həbs olunmaqla üzərindəki “Kremlin agenti” damğasını “təmizləmək” istəyib. Mesaj budur ki, “əgər Kremlin agenti olsaydım, sülhməramlılar məni Qarabağdan ən mümkün və qeyri-mümkün üsullarla çıxarardılar”. Davamı da var. Rusiya teleqaram kanallarından biri yazır ki, Vardanyana bu ona görə lazım ola bilərdi ki, tərcümeyi-halına “Azərbaycanda həbsdə olub” faktı yazılsın. Çünki indi çıxılmaz vəziyyətdə və ümidsiz olan Ermənistan cəmiyyəti gözünü “Azərbaycanda həbsdə olan lider”ə dikə bilər. Rusiya vətəndaşlığından imtina etsə də, onun bu cür “şişirilməsi” Moskvanın əlinə də oynaya bilər, özünü alternativsiz hiss edən Paşinyana əlavə təhdid yarada bilər. Bu halda, Moskva işə qoşula və Azərbaycan hakimiyyətindən Vardanyanın azadlığı üçün hətta Putin səviyyəsində xahişdə buluna bilər. Bakı üçün o, Rusiyaya biabırçı şəkildə təslim olan “Azov” komandiri, Qarabağda qələbəni simvollaşdıran persona statusunda ola bilər, amma zamanı gələndə Vardanyanı “dəyişmək”də olar. 

“Vardanyan işinin” diqqətdə saxlanacağı da gözləniləndir. Onun dünyanın bəzi biznes dairələri ilə əlaqələri qalır. Erməni lobbisində də xüsusi “çəkisi” var. Siyasi və iqtisadi elitanın bir çox nümayəndələri ilə əlaqələri etiraf edək ki, onun həqiqətən də Azərbaycanda “diqqətdən kənarda qalmasına” imkan verməyəcək. 

Screenshot_1.png (514 KB)

Erməni şərhçiləri isə iddia edirlər ki, Vardanyanın həbsinə səbəb erməni tərəfinin qəsdən “məlumat sızdırılması” olub. Onu guya düşmənçilik münasibəti olan Samvel Babayanın “ələ verdiyi” haqda Ermənistanda artıq açıq danışırlar və belə davam etsə, bəhanə edib onu da “xain kimi” həbsə basacaqlar. Başqa bir versiyaya görə, “sızma” Nikol Paşinyanın şəxsi göstərişi ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilə bilərdi. Çünki Vardanyanın həbsi ilə Paşinyan hakimiyyəti İrəvanda yeni müxalifət liderinin peyda olmasından qurtula bilər. 

Daha bir versiyanı sona saxladım. O, doğrusu mənə də maraqlı göründü. Vardanyan nə qədər ki, həbsdə olacaq ermənilərin və onları dəstəkləyənlərin qondarma “artsax” mövzusunda yazmağa həmişə bəhanələri olacaq...(musavat)

Nazim SABİROĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam