Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

İspaniyalı diplomat Azərbaycan XİN-ə ÇAĞIRILDI

 İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb. 

Yenixeber.org: XİN-dən verilən xəbərə görə, İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı ilə əlaqədar, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. 

Görüşdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Ermənistanın Azərbaycanın suveren ərazisində qurduğu qanunsuz separatçı rejimi təbliğ edən X paylaşımının qəbuledilməz olduğu və öz ərazisində separatizmlə mübarizə aparan İspaniya kimi ölkə tərəfindən belə bir addımın atılmasının anlaşılmaz olduğu vurğulanıb. Bu qeyri-konstruktiv yanaşmanın Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmədiyi və Azərbaycan tərəfindən qətiyyətlə pislənildiyi diqqətə çatdırılıb. 

İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən X paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb. 

Azərbaycan tərəfi belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam