Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Almaniya XİN rəhbəri:"Ciddə sammiti Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi"

 "Ciddədə keçirilən sammit Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi".

Yenixeber.org:  Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "Bild" nəşrinə müsahibəsində bildirib.

“Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanlara da təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana qədər”, - Almaniyanın xarici işlər naziri deyib.

Berbok Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəklədiyini bildirib və qeyd edib ki, Zelenskinin düsturunda Rusiya qoşunlarının Ukraynadan çıxarılması əsas şərt kimi nəzərdə tutulub.

“Ədalətli dünyaya doğru irəliləyişin hər millimetri Ukrayna xalqı üçün bir parça ümid gətirir”, - o vurğulayıb.

Qeyd edək ki, avqustun 5-6-da Ciddədə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı məsləhətləşmələr keçirilib. Tədbirdə 30-dan çox dövlətin, o cümlədən Braziliya, Böyük Britaniya, Hindistan, Çin, ABŞ, Türkiyə, Cənubi Afrika Respublikasının, eləcə də Aİ ölkələrinin nümayəndələri iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam