Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rus diplomatlar konsulluğun açılması ilə bağlı Qafana gedəcəklər

 
"Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Sünik vilayətinin (Zəngəzur-red.) Qafan şəhərinə gələcəklər".
Yenixeber.org: TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Biz Sünik vilayətinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun genişmiqyaslı açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər və onlar əməliyyat məsələləri ilə birbaşa yerindəcə məşğul olacaqlar", - XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, bir neçə ay öncə Qonçar Rusiyanın Zəngəzurda konsulluq açacağını bəyan etmişdi. Xatırladaq ki, bundan öncə İran gözlənilmədən və təcili şəkildə Qafanda konsulluq açmışdı. Bu, Zəngəzur dəhlizinin açılmasına çalışan Azərbaycana qarşı İrəvanla Tehranın diplomatik təxribatı kimi qiymətləndirildi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam