Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Moskvada üçtərəfli görüş:bu gün nələr müzakirə olunacaq...

 Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistanın XİN başçıları ilə üçtərəfli danışıqlar aparacaq. 

Yenixeber.org: Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada keçiriləcək görüşdə "Qarabağ ətrafında gərginliyin azaldılması yollarını", Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin intensivləşdirilməsini təhlil edəcəklər. 

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər əsas yollarını, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılmasını, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını, ekspertlər arasında təmasları, parlamentarilər arasında dialoqun başlanması kimi məsələləri müzakirə edəcəklər. 

Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb. 

Xatırladaq ki, Rusiyada sonuncu dəfə XİN başçıları səviyyəsində görüş mayın 19-da baş tutub. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam