Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

ABŞ şirkətləri İranın “qisas” alacağından çəkinirlər

Amerikanın federal prokurorları ələ keçirilən 800 min barel İran neftini hərraca çıxara bilmir. Çünki Amerika şirkətləri bu nefti Texasda lövbər salmış Yunanıstana məxsus neft tankerindən boşaltmaq istəmirlər.
Yenixeber.org: Amerika şirkətlərinin “Suez Racan” tankerinin yükünü boşaltmaqdan imtina etməsi İrandan mümkün “intiqam” qorxusu ilə bağlıdır.
Bu il, əvvəlcə “Suez Racan” tankerinin yunan sahibini “sanksiya pozuntuları”nda günahlandıran prokurorlar, daha sonra İran neftini daşıyan tankerin boşaldılmasını əmr ediblər. Qərara əsasən, “Suez Racan” neft tankeri iyunun 8-də Texasın Qalveston sahilinə köçürülüb və ABŞ Sahil Mühafizəsi ələ keçirilən İran neftinin boşaldılması üçün təmizləmə əməliyyatı həyata keçirib.
Belə köçürmələri idarə edən şirkətlər qəzetə bildiriblər ki, onların Tehranın “qisas alması” ilə bağlı “həddindən artıq narahatlığı” İranın ələ keçirdiyi neftin sərbəst buraxılması qarşısında maneəyə çevrilib.
“Fars körfəzində hər hansı formada ifşa oluna bilən şirkətlər İranın onlardan qisas alacağından çox narahatdırlar. Ələ keçirilən İran neftinin azad edilməsi üçün əlaqə saxlanılan bir neçə Amerika şirkəti bununla bağlı əməkdaşlıqdan boyun qaçırıb. Çətin ki, kimsə bu yükə toxunmağa razı olsun”, - qərargahı Amerikanın Hyuston şəhərində yerləşən enerji şirkətinin icraçı direktoru qəzetə müsahibəsində deyib.
“Wall Street Journal”ın yazdığına görə, İranın ələ keçirdiyi neftin azad edilməsi yolundakı çıxılmaz vəziyyət Birləşmiş Ştatlar hökumətinin üzləşdiyi çətinlikləri, xüsusən də “Qərb gəmiçilik maraqlarına qarşı hücumların intensivləşməsinə səbəb olan” İrana qarşı sanksiyaların tətbiqi məsələsini nümayiş etdirir.
Analitiklərin və ABŞ-nin keçmiş rəsmilərinin fikrincə, Tehran bu üsullardan İranın Qərbdən ixrac qadağasının qarşısını almaq üçün istifadə edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam