Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bakıdakı səfirliyə hücum cəhdinin arxasında Tehran durur -NAZİR

"İranın İsrailin Azərbaycandakı səfirliyinə hücum planının qarşısı alınıb". 

Yenixeber.org:Bunu İsrailin xarici işlər naziri Eli Kohen Serbiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. 

"Tehran bu cəhdin arxasındadır. İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük. İran hücuma cəhd edən terror hücrəsini maliyyələşdirib və ona göstərişlər verib. Beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün bir araya gəlməyə çağırıram", - İsrail XİN başçısı bildirib. 

Qeyd olunub ki, bir neçə gün əvvəl Azərbaycanın təhlükəsizlik qüvvələri Bakıda səfirliyə hücum planlaşdırmaqda şübhəli bilinən 23 yaşlı Əfqanıstan vətəndaşını həbs edib. 

"Məlumatda onun İsrail missiyasını hədəfə almaqda şübhəli bilindiyi göstərilməyib, lakin "Times of Israel" onun "Hyatt Regency" otelində səfirliyin yaxınlığında görüldüyünü və sorğu-sual edildiyini öyrənib", - "Times of Israel" yazıb. 

DTX-nin yaydığı məlumatda bildirilib ki, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam