Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İran Xəzərdən Rusiyaya PUA-lar göndərir -Gizli plan ifşa edildi

Rusiya son həftələrdə Kiyevə zərbələr endirmək və Ukrayna əhalisini terrora məruz qoymaq üçün İran istehsalı pilotsuz uçuş aparatlarından (PUA) aktiv şəkildə istifadə edir. 

Yenixeber.org:Bunu Ağ Evin sözçüsü Con Kirbi deyib. 

O vurğulayıb ki, Ukraynada davam edən müharibə fonunda Rusiya-İran hərbi tərəfdaşlığı dərinləşir. Ağ Ev rəsmisinin sözlərinə görə, PUA-lar İranda istehsal edilib, Xəzər dənizi üzərindən daşınıb və sonra Rusiya qüvvələri tərəfindən Ukraynaya qarşı istifadə edilib. 

Kirbi qeyd edib ki, Rusiyanın gələn ilin əvvəlində tam şəkildə fəaliyyətə başlaya biləcək PUA istehsalı zavodunun tikintisi üçün lazım olan materialları İrandan aldığı barədə dəqiq məlumatlar var. 

“Biz narahatıq ki, Rusiya İran PUA-larını öz ərazisində istehsal etmək üçün işləyir”, - Kirbi bildirib.

 

Xəritə: İran Rusiyaya PUA-ları bu marşrutla göndərir  

Ağ Ev PUA-ların daşınma istiqamətini göstərən xəritəni və Rusiyada PUA istehsalı planlaşdırılan ərazinin peyk görüntülərini yayıb. Məlumata görə, Rusiya İran PUA-larını Alabuqa xüsusi iqtisadi zonasında istehsal etmək istəyir. 

Kirbinin sözlərinə görə, İran və Rusiya arasında dəstək hər iki istiqamətdə gedir. Belə ki, İran Rusiyadan helikopterlər və radarlar da daxil olmaqla milyardlarla dollar dəyərində hərbi texnika almaq niyyətindədir.

 

Peykdən çəkilən foto: Rusiyanın İran PUA-larını istehsal etmək istədiyi Alabuqa xüsusi iqtisadi zonası  

"Rusiya İrana misilsiz müdafiə əməkdaşlığı, o cümlədən raket, elektronika və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edir. Bu, Ukrayna, İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün zərərli olan tammiqyaslı müdafiə tərəfdaşlığıdır. Biz bu fəaliyyətləri ifşa etmək və pozmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edirik və biz daha çox şey etməyə hazırıq”, - sözçü deyib. 

Ağ Ev dronların ötürülməsinin Birləşmiş Millətlər Təşkilatının qaydalarının pozulması olduğunu və ABŞ-ın iki ölkəni məsuliyyətə cəlb etməyə çalışacağını bəyan edib. 

“Biz İran hərbi texnikasının Rusiyaya ötürülməsində iştirak edən aktorlara qarşı sanksiyaları davam etdirəcəyik”, - Kirbi vurğulayıb. 

Xatırladaq ki, ABŞ Rusiyaya PUA tədarükünə görə İranın hərbi şirkətlərinə sanksiya tətbiq edib. İran Rusiyaya PUA göndərdiyini etiraf edib, lakin onların müharibədən əvvəl tədarük edildiyini bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam