Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Milli Şurada böhranın yaranmasında AXCP-nin məsuliyyəti az deyil"

 

 

     "xeberinfo.com": "El" Hərəkatı sədrinin müavini Zəfər Quliyev son günlər müxalifət düşərgəsində baş verən məsələlərlə bağlı fikirlərini bölüşüb. "El" Hərəkatının Müsavat Partiyasının əməkdaşlıq sazişi təklifindən imtina etməsi ilə bağlı yayılan məlumata münasibət bildirən Z.Quliyev Trend-ə deyib ki, burada imtina məsələsi olmayıb: "El" Hərəkatının rəhbərliyi ilə Müsavat Partiyasının rəhbərliyi görüşüb, söhbət aparıb, hətta ilkin razılıq da bildirilib. Lakin sonra baş verən proseslər, Milli Şuradakı böhranlı vəziyyət, Müsavat Partiyası ilə AXCP arsında gedən kompromat müharibəsi, qarşılıqlı ittihamlar istər-istəməz əməkdaşlıq məsələsini ikinci plana çəkdi, lakin ara sakitləşəndən sonra bu məsələ yenidən gündəmə gələ bilər".
    AXCP ilə əməkdaşlığın mümkünlüyü məsələsinə toxunan Z.Quliyev qeyd edib ki, bu məsələ AXCP-nin mövqeyindən də asılıdır: "Milli Şurada yaranan böhranlı vəziyyətdə də AXCP-nin məsuliyyəti az deyil. Dəfələrlə deyilmişdi ki, Milli Şura bütün demokratik qüvvələrin bərabər hüquqlu birliyi kimi yaranır. Burada heç kimin dominantlıq iddiası olmamalıdır, başqalarının maraqlarına qarşı addımın atılması bu birliyin fəlsəfəsini, missiyasını dağıda bilər. Lakin sonrakı proseslər, istefalar göstərdi ki, bizim həm Milli Şurada, həm də AXCP-də bəzi dostlarımız istefalara çox qısqanclıqla, dözümsüzlüklə yanaşdılar. Hesab edirəm ki, AXCP funksionerlərinin bu cür yanaşması siyasi münasibətlərdə də yaxşı əlamət deyil".
    Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginliyə gəlincə isə, "El" Hərəkatı sədrinin müavini bir çox məsələni zamanın öhdəsinə buraxmağın zəruri olduğunu hesab edir: "İndiki məqamda vəziyyət gərginləşib və iki partiya ictimaiyyətin qarşısında açıq ittihamlar səsləndirirlər. Belə bir məqamda aydın məsələdir ki, əməkdaşlığı bərpa etmək alınmaz, alınsa da bu, sadəcə görüntü ola bilər. İndiki məqamda hər iki partiyanın funksionerlərinin əməkdaşlıq üçün şərt qoyması da indidən əməkdaşlığı şübhə altına almaqdır".
   Z.Quliyev əlavə edib ki, iki partiya arasında yaranan gərginlik onu göstərir ki, hər iki partiyanın bəzi məsələlərdə mövqeləri çox ciddi şəkildə fərqlənir, bir-birilərinə şübhə ilə yanaşırlar, bir-birilərinin mövqelərinə dözümsüzlük nümayiş etdirirlər.
Onun sözlərinə görə, Azərbaycan müxalifətində bu "böhranlılıq sindiomu" əvvəlki seçkilərdən sonra da baş verirdi: "Günahkar axtarmaq, uğursuzluğun günahını bir-birilərinin üzərinə atmaq hər seçkidən sonra baş verir. Mən təxminən bilirdim ki, indiki seçkidən sonra da belə olacaq. Ola bilər ki, növbəti seçki bu partiyaları yenidən birklik haqqında düşünməyə məcbur etsin, ancaq indiki mərhələdə ən yaxşı variant bu aparıcı partiyaların pauza götürməsidir. Hər bir partiya öz daxilindəki problemləri həll etməlidir və ondan sonra kiminlə əməkdaşlıq etmək barədə düşünməlidir".
    Z.Quliyev Milli Şuranın hazırkı durumuna da münasibət bildirib. O hesab edir ki, indiki Milli Şura əvvəl yaradılan Milli Şuranın konsepsiyasından, fəlsəfəsindən xeyli uzaqlaşıb: "Əvvəl Milli Şura fərdlər birliyi kimi düşünülmüşdü, lakin seçki prosesində biz gördük ki, əvvəl iki partiya üstünlük təşkil edirdi, seçki qərəgahı da məhz o iki partiyanın üstünlüyü ilə yaradıldı. Onda Milli Şuranın gələcəyi üçün təhlükəli məqamlar yarandı. Doğurdan da üstünlük iki partiyada saxlandı və sonra o iki partiya arasında sanki Milli Şura uğrunda rəqabət gücləndi. Sonda belə alındı ki, Müsavat Partiyası da sıxışdırıldı, oradan çıxmağa məcbur oldu və Milli Şura bir partiyanın dominantlığı üzərində quruldu. Təəssüf ki, Milli Şuranın sədri Cəmil Həsənli bu məsələlərdə prinsipal mövqe ortaya qoymadı və qurum indi də belə bir böhranlı vəziyyətə düşdü".
Z.Quliyev, həmçinin müxalifət düşərgəsində yenilənmənin zəruri olduğunu hesab edir: "Hər bir sahədə olduğu kimi, müxalifət daxilində də bir yeniləşmə prosesi getməlidir. Təəssüf ki, müxalifət düşərgəsində yeniləşməyə qısqanc münasibət var. Bir çox köhnə müxalifət liderləri, fəalları yeni təşkilatlar, iddialı gənclər ortaya çıxanda qısqanclıqla qarşılayırlar. Bu, düzgün deyil və yeniləşmə üçün şəraitin yaradılmasına imkan vermir. Götürək, Milli Şuranın yeni yaradılan koordinasiya şurasını. Koordinasiya şurasının üzvlərinin orta yaşını müəyyənləşdirsək, böyük bir rəqəm edir. Hesab edirəm ki, burada gənclərə üstünlük verilməli idi. Təssüf ki, Milli Şurada da gənclər üçün şərait görünmür. Bir çox müxalifət partiyalarında da bu proses istənilən formada getmir".
"El" hərəkatının fəaliyyəti barədə danışan Z.Quliyev deyib ki, gündəmdə olan əsas məsələ qurultaya hazırlıqdır: "Mümkün olsa yaya qədər və ya ilin sonuna qədər qurultay keçirilməlidir. Eyni zamanda, qurultaya qədər "El" Hərəkatının partiyaya çevrilib-çevrilməməsi məsələsində də mövqelər aydınlaşdırılacaq. Qanunvericiliyə əsasən, seçkilərdə rəsmi iştirak etmək hüququ partiyalara verildiyi üçün, "El" Hərəkatının tərkibində bir partiya yaradılması variantı da nəzərdən keçirilir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam