Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“AXCP və Müsavat arasında əməkdaşlıq mümkün deyil”

Sərdar Cəlaloğlu: “AXCP və Müsavat arasında əməkdaşlıq mümkün deyil”

 

 

“AXCP və Müsavatda siyasi inkişaf olmadığı üçün əməkdaşlıq edə bilmirlər”.
 
Xeberinfo.com:   Bunu APA-ya açıqlamasından Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
 
S. Cəlaloğlu son günlər AXCP və Müsavat arasında əməkdaşlıqla bağlı aparılan danışıqlara münasibət bildirərək, hər hansı əməkdaşlığın mümkünlüyünə inanmadığını deyib: “O ideyalar ki, reallaşması mümkün deyil, bunları irəli sürmək və müdafiə etmək olmaz. Bu, xeyirdən çox ziyan gətirir. AXCP və Müsavat Partiyasının da ittifaq məsələsi real deyil”.
 
ADP sədri qeyd edib ki, hər iki partiyanın rəhbərliyində hərəkatçılıq əhval-ruhiyyəsi bu təşkilatların siyasi partiya kimi fəaliyyətə mane olur: “AXCP və Müsavat Partiyası hərəkatdan çıxmış insanlardan təşkil olunub. Ona görə də bu iki partiyanın əməkdaşlığı ilə bağlı hər hansı ideya gerçəkləşə bilməz”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam