Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Atatürkün ruhunu şad edə bilmədim -Partiya sədri üzr istədi

Türkiyədə deputatlığa namizəd olan Zəfər Partiyasının sədri Ümit Özdağ mandat qazana bilməyib. 

Yenixeber.org: Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Özdağ seçicilərindən üzr istəyib. 

"Hörmətli Zəfər partiyası üzvləri, Cümhuriyyətimizin 100-cü ildönümündə Atatürkün ruhunu şad edən nəticə əldə edə bilmədiyimiz və sizi zəfərə aparmadığım üçün hamınızdan üzr istəyirəm. Bəli, biz seçkiləri 2-ci tura keçirdik. Ancaq mən bu nəticəni uğur kimi görmürəm. 13 milyon qaçqının yaşadığı bir ölkədə daha çox səs toplamalıydıq. 13 milyon qaçqının ölkəsinə geri qayıtması prosesi çətinləşib. Çox çətin şəraitdə göstərdiyiniz səylərə və dəstək mesajlarına görə hamınıza təşəkkür edirəm. İkinci turda təhlükəsizlik üçün lazımi addımları atacağıq və Sinan Oğanla lazımlı addımları müzakirə edəcəyik" - partiya sədri yazıb. 

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam