Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"İrəvanın kursundan narahatıq" - Markedonov

 
"Moskvanın Ermənistanda avropalı müşahidəçilərin yerləşdirilməsinə mənfi reaksiyası onunla bağlıdır ki, Qərb regionda Rusiya amilini və rolunu görmək istəmir".
Yenixeber.org: Bunu rusiyalı politoloq Sergey Markedonov Sputnik Ermənistana açıqlamasında deyib.
Erməni jurnalist siyasi ekspertdən İrəvan və Moskva sonda ortaq məxrəcə gəlib-gələ bilməyəcəyini, avropalı müşahidəçilər mövzusunun ikitərəfli münasibətlərdə qıcıqlandırıcı mövzu olmaqdan çıxacağını soruşub. Markedonovun sözlərinə görə, Rusiya tərəfi yaxşı anlayır ki, Avropa İttifaqı missiyasının bölgədə yerləşdirilməsi reallıqdır və kobud şəkildə deyilsə, çətin ki, kimsənin avropalı müşahidəçiləri buradan qova.
"Aydın məsələdir ki, biz hansısa yolla müşahidəçilərlə əlaqə saxlamalı olacağıq. Amma problem müşahidəçilərin özlərində deyil. Rusiya bu 100 nəfərdən qorxmur. Rusiya tutulan kursdan təşvişə düşüb. Həm Avropa İttifaqı, həm də ABŞ Rusiyanı müəyyən bir oyunçu kimi görmür. Vaşinqton və Brüsselin bölgədə etdiyi hər şey Rusiyanı regiondan sıxışdırmaq cəhdləri ilə nəticələnir. Məhz bu neqativ doğurur”.
Rus ekspert Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi ilə bağlı daha nikbin düşündüyünü deyib. Baxmayaraq ki, bunun həm obyektiv, həm də subyektiv çətinlikləri var. Təşkilat isə Ermənistanın təhlükəsizliyini təmin etmək, eləcə də hərbi-texniki yardım göstərmək üçün İrəvana missiya göndərməyə hazır olduğunu bəyan edib. Ermənistan rəhbərliyi isə KTMT-nin tərəfdaş ölkələrinin sentyabr döyüşlərinə siyasi qiymət verməsini israr edərək missiya ilə bağlı qərarını gecikdirir: "Hesab edirəm ki, bütövlükdə KTMT-nin mövqeyi ilə Rusiyanın mövqeyini ayırmaq lazımdır... Aİ müşahidəçilərinin proseslərdə iştirakı ilə bağlı bəzi çətinliklər də var".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam