Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Putin üçün order, Navalnıy üçün isə “Oskar”...

 

Ötən həftənin sonlarında belə deyildi ki, Beynəlxalq Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putin haqqında xüsusi qətnamə qəbul edib.

Yenixeber.org: Burada iki ciddi məqam var. Birincisi, Rusiya çox böyük dövlətdir və onun prezidentinin qollarını qandallayıb məhkəmə qarşısına çıxarmaq hələ ki, yalnız fantastik filmlərin süjeti ola bilər, baxmayaraq ki, Putin Ukraynada minlərlə uşağın, qadının, qocanın, on minlərlə dinc insanın ölümünə səbəb olub. Fəqət, ötən əsrin 41-ci və hətta 42-ci illərində faşist liderlərinə, alman ordusunun generallarına kimsə onların iki-üç ildən sonra Nürünberq məhkəməsində mühakimə ediləcəklərini desəydi, onlar buna sadəcə, gülərdilər. Ona görə də bilmək olmaz bu dünyanın işlərini, heç bilmək olmaz...

Amma gəlin, realist olaq, reallıqdan ayrılmayaq, baxmayaraq ki, ötən əsrin 60-cı illərində etirazlara qalxan fransız gənclərinin şüarı tamam başqa idi. Bəli, onlar deyirdilər ki, realist olun, mümkün olmayanı tələb edin və istəyin!..

Nə isə, gələk ikinci məqamın üstünə. O, çox sadədir. Məsələ bundadır ki, Rusiya Beynəlxalq Məhkəmənin statusunu tanımayıb. Elə buna görə də rusiyalı siyasətçilər və diplomatlar deyirlər ki, məhkəmənin qərarının onlar üçün elə bir əhəmiyyəti yoxdur.

Bəs bütün bunları deyirik? Bir daha deyirik ki, bilmək olmaz bu dünyanın işlərini. Bütün müharibələrin iki sonucu olur – ya qalib gəlirsən, ya da məğlub olursan. Əlbəttə, qalibləri heç kim mühakimə etmir, məğlublar üçün isə başqaları yox, elə öz insanları, cəmiyyətləri məhkəmə qururlar.

Ukrayna müharibəsinin necə bitəcəyini dəqiq deyə bilmərik. Amma hissiyyatımız deyir ki, çətin Rusiya bu müharibədə qalib ola, çünki bu müharibənin özü də bir yarışdır və kim tez müflis olsa, o da məğlub kimi oyunu tərk edəcək. Təsəvvür edin, Qərb dövlətləri bir il ərzində Kiyevə 65 milyard dollarlıq hərbi yardım edib. Təkcə Polşa Ukraynaya düz 250 tank verib. Rusiya bu yarışda davam gətirəcəkmi?

Ruslar Stalin dövrü ilə, İkinci dünya müharibəsilə paralellər aparırlar. Amma o vaxt tamam başqa əyyam idi, “Hər şey cəbhə üçün!” deyilir və insanlar acından ölməmək üçün kartoçka ilə çörək alırdılar.

Bəli, indi müharibə Rusiya sərhədlərindən uzaqda baş verir. Amma həmişə belə olacaqmı? İkinci dünya müharibəsində də 1944-cü ilə qədər almanlar müharibə nə olduğnu demək olar ki, bilmirdilər, çünki o, çox uzaqlarda aparılırdı. Hazırda Qərb dövlətləri çalışır ki, müharibə Rusiyanın içərilərinə sirayət etməsin, çünki bu halda NATO-nun prosesə qarışması zərurəti yaranar. Amma bir daha deyirik ki, işin necə bitəcəyi heç kimə məlum deyil, güman ediləni budur ki, Qərb müharibənin Rusiya üçün ikinci Əfqanıstan olmasını istəyir. Həm də Rusiya təkcə Ukraynada müharibə aparmır. Keçmiş SSRİ-nin demək olar ki, bütün perimetri boyunca Moskvanın çabalarının izini görmək olar. Bu azmış kimi, bu günlərdə Bəşər Əsəd Moskvaya gəldi və belə başa düşüldü ki, o, Rusiya qoşunlarının ölkəsində qalmasını və saylarının artırılmasını istəyir.

Daha mühüm olanı budur ki, bütün müharibələrin bir hibrid tərəfi də var və müharibələrdə təkcə əsgərlər döyüşmürlər. Əhali Putinin apardığı bu müharibənin bütün məhrumiyyətlərinə dözəcəkmi? Putinin reytinqi əvvəlki kimi qalacaqmı? Çətin! Məhz buna görə ötən həftənin sonunda daha bir xəbər gəldi: müxalifətçi Aleksey Navalnıy haqqındakı film nə az, nə də çox, “Oskar” mükafatına layiq görülüb! Bəli, Navalnıy Putinin ölkə daxilindəki cinayətlərindən biridir – bu adama heç nədən düz on bir il iş veriblər...

Aleksey Navalnıy əvvəllər Putinin özü üçün yox, onun yaratdığı sistem, Rusiya prezidentinin rahat qocalığı üçün problem idi. Amma indi kartlar tamam dəyişir – Alyoşa Volodyanın özü üçün də problem olmağa başlayıbdır. Odur ki, Haaqa Məhkəməsinin qərarı fantastik triller süjeti olmaqdan daha real və yetərlidir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam