“PAŞİNYANIN NADANLIĞI BUNDADIR...” –“Amerikalılar da anlayacaqlar ki, ona növbəti təslim aktının şərtlərini diktə etmək lazımdır”
“ABŞ nümayəndəsi İrəvanda apardığı danışıqlardan sonra Bakıya qayıtmağa və Azərbaycan rəhbərliyinin təkliflərinə Ermənistanın cavabını şəxsən çatdırmağa məcbur olub. Bunun ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağla bağlı “Bakı -Xankəndi dialoqunun” beynəlxalq formatı haqqında iddialarını təkrarlayıb. O, sülh müqaviləsinin imzalanması şərti kimi mətnə “dağlıq Qarabağ” ifadəsinin yazılmasını tələb edir”.
Yenixeber.org: Bunu politoloq Fərhad Məmmədov Qarabağ ətrafında davam edən prosesləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, mətndə faktiki olaraq "Qarabağ erməniləri" termini, yəni Qarabağın erməni əhalisi ifadəsi yoxdur, amma erməni rəsmilər onun yaranmasından danışır: “Qriqoryan dünyanın heç bir ölkəsinin, hətta Ermənistanın özü tərəfindən tanınmayan qeyri-qanuni rejimə subyektivlik verməyə çalışır. Ermənistanda sülh müqaviləsi bağlamaq və sərhəddə keçid məntəqəsi qurmaq müqabilində həyəsızcasına Qarabağdakı silahlı banda üçün heç olmasa nəyisə qoparmaq üçün son cəhdlər edirlər. Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmayıb, bununla yanaşı beynəlxalq format və demilitarizasiya zonası təklif edir. Onların fikrincə, Azərbaycan da qoşunlarını öz ərazisindən çıxarmalıdır. Belə mövqe ilə danışıqlar olarmı? Görnür, Qriqoryana Langleydə və Parisdə Mortier küçəsi 141 ünvanında keçirilən danışıqlar təlimlərində bu öyrədiblər…”
F.Məmmədov hesab edir ki, Amerikalı diplomatın Bakıda bir həftədən az müddətdə ikinci dəfə danışıqlar apardığı bir vaxtda Qriqoryanın İrəvanda tələsik müsahibə verməsi Ermənistanın öz mövqeyini ictimaiyyətə açıqlamasından xəbər verir.
“Bəs Ermənistan rəhbərliyinin mövqeyini Qriqoryanın müsahibəsindən öyrənmək mümkündürsə, Lusi Bono niyə təkrar Bakıya uçdu?! Amerika vergi ödəyicilərinin pullarını diplomatın uçuşlarına xərcləməyin nə mənası var, ”- o sual edir.
Təhlilçi deyir ki, Paşinyan və ətrafının nadanlığı burada axtarmaq lazımdır: “Bəs Paşinyan ABŞ-ın vasitəçiliyinə çalışırdı? Yəqin, bundan sonra amerikalılar anlayacaqlar ki, Paşinyanla yalnız gecə vaxtı danışmaq, ona növbəti təslim aktının şərtlərini diktə etmək lazımdır. Buna görə, onların “demokratiya mayakı”ından inciməyə haqqı yoxdur... Çünki o zaman senator Menendes Dövlət Departamentinə ayrılan pulları xərcləməyə imkan verməyəcək...Departamentin Menendesə qarşı qorxusu o qədər yüksəkdir ki, Ağ Ev hələ də ABŞ-ın Azərbaycana səfirini təqdim etməyib. Hamı başa düşür ki, ABŞ-ın Azərbaycandakı yeni səfirini Konqresdə və Senatda çətin söhbət gözləyir. Bir o qalıb ki, ABŞ-ın Ermənistandakı səfiri kimi birini gətirsinlər, desin ki, “Azərbaycanı təcavüzə görə cəzalandırmaq üçün əlindən gələni edəcəm”.
Ekspert vurğulayr ki, erməni tərəfi Bakı ilə Qarabağ erməniləri arasında dialoq prosesini Kosovo presendentinə bənzətməyə çalışır. Onun sözlərinə görə Azərbaycan dxilində danışıqlara beynəlxalq qarantiyalar tələbinin səslənməsi bu məqəsəd xidmət edir.
“Qərar vermə mexanizminə baxaq. Vasitəçilər təkliflərdən xəbərdardır və hadisələrin ardıcıllığını başa düşürlər. ABŞ bu alqoritmi pozmağa çalışır, lakin Ermənistan rəhbərliyi amerikalılara şans vermir. Axı bu həmin Qriqoryandır ki, yeni çəkilmiş yolun "legitim olmadığını" iddia edib, bir-iki gün sonra Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılmasını elan etmişdi”, - F.Məmmdov bildirib. “Azpolitika”