Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Fotoların müqayisəsi:Tarix təkərrür edir, yoxsa dejavü yaşayırıq?

 

"Dejavümü demək lazımdır, yoxsa tarix təkərrür edirmi daha doğrudur, bilmədim".

Yenixeber.org: Bunu məşhur türkiyəli jurnalist, "Teke Tek" verilişinin aparıcısı Fatih Altaylı tviter səhifəsində paylaşdığı Ərdoğan-Erbakan-Gökçek və İmamoğlu-Kılıçdaroğlu-Yavaş fotosunun başlığına yazıb.

Belə ki, sözügedən foto 1994-cü ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı çəkilib. Ankara və İstanbulda qələbə çalan Rifah Partiyasının namizədləri Rəcəb Tayyib Ərdoğan və Melih Gökçek, habelə partiya sədri Necmettin Erbakanın yer aldığı foto CHP-nin Ankara və İstanbul bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaş, CHP sədri Kemal Kılıçdaroğlunun əl-ələ tutduğu şəkillə müqayisə olunub.

Birinci şəkildən bir müddət sonra - 1996-1997-ci illərdə ölkəyə rəhbərlik etmiş (baş nazir idi) Erbakan daha sonra siyasətdə qürub çağını yaşamış, İstanbul bələdiyyəsinin sədri Rəcəb Tayyib Ərdoğan isə Türkiyə lideri olmuşdu.

Fatih Altaylı buna işarə edərək Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə gələcəkdə onu da Ekrem İmamoğlunun əvəz edə biləcəyinə eyham vurub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam