Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Zəhərlənmə dalğası: Tehran yediyi haqları qusacaq -ŞƏRH


İranda qadın və qızlara qarşı yeni zorakılığın pərdəarxası

Son zamanlar İranda qızlara və qadınlara qarşı yeni zorakılıq hadisəsi baş verir. Ölkə məktəbləri və ali təhsil müəssisələrində zərif cinsin nümayəndələri arasında naməlum səbəbdən zəhərlənmə halları yaranıb. Məlumata görə, İranın 31 əyalətindən 10-da 650-dən artıq məktəb və ali təhsil müəssisəsində qızların ürək bulanması və baş ağrılarından şikayətləndiyi bildirilib.
Zəhərlənmə dalğası: Tehran yediyi haqları qusacaq - ŞƏRH

Güney Azərbaycanın Kərəc, Təbriz, Zəncan, Xoy, Həmədan, Qəzvin, Marağa, habelə İranın İsfahan, Bəndərabbas, Şiraz, Ramhörmüz, Tehran, Fuladşəhr, Mahşar, Qəzvin, Qonbad Kavos, Sepahanşəhr, Fərdis (Əlborz) və başqa şəhərlərində məktəblilərin zəhərləndiyinə dair xəbərlər yayılıb. Bəzi məlumatlara əsasən, oğlanlar arasında da zəhərlənmə halları qeydə alınıb.
Bu dəfə Tehran, Ərdəbil, Zəncan və başqa şəhərlərdə hakimiyyətin zəhərlənməyə qarşı tədbir görməməsinə etiraz aksiyaları keçirilib. Onlar “Uşaq qatili olan rejimə ölüm!”, “Təhqir olunmaqdansa ölüm yaxşıdır!”,“Əgər biz birləşməsək, bizi bir-bir qətlə yetirəcəklər!” şüarlarını söyləyiblər. Rejimin hərbi-polis qüvvələri etiraz aksiyaçılarına qarşı zorakılıq tətbiq edir.
Hadisənin ciddiliyindən narahat olan İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei də məsələyə münasibət bildirib: “Məsul şəxslər tələbələrin zəhərlənməsi problemini ciddi şəkildə həll etməlidirlər. Cinayət sübuta yetirilərsə, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır”. O, hadisəni törədənlərin əfv edilməyəcəyini də vurğulayıb.

Zəhərlənənlərə kimyəvi maddə, zəhərlənməyənlərə isə polis dəyənəyi qənim kəsilib

Hakimiyyət zəhərlənməyə qarşı etiraz aksiyalarını yalnız zorakılıqla yatırmağa çalışır. Qızlar isə kəskin qoxu ilə zəhərləndiklərini bildiriblər. Deməli, kimyəvi maddə ilə zəhərlənmə baş verdiyi ehtimalı daha çoxdur. Hakimiyyət bunun qəsddən baş verdiyini söyləyib.
Kimyəvi maddə ilə zəhərlənmə qadın zorakılığına örnək ola biləcək ilk hadisə deyil. Ötən illərdə qızların və qadınların üzlərinə sulfat turşusunun atılması faktlarını da buna nümunə olaraq göstərmək olar. Onda da Tehran hakimiyyəti bu cinayəti törədənləri ağır cəzalandırmadı. Bu hadisənin qurbanı olan qadınları isə zinada günahkar bilirdilər.
Məsələn, ötən il naməlum şəxs Tehranın Şəhriyar rayonunda yerləşən parkda səhər idmanı edən 3 qadının üzərinə sulfat turşusu atıb. Faktla bağlı cinayət işi başlansa da, bu cinayəti törədən hələ tapılmayıb. Halbuki, onun kimliyini müəyyən etmək üçün Tehran parkında hər cür şərait var. Həmin parkda gənc oğlanla qız yaxın otursa idi, onda əxlaq polis həmin andaca onların yanında peyda olardı.

Bəs, bu kütləvi zəhərlənmənin arxasında kimlər durur və məqsəd nədir?

Bunu hicaba qarşı etiraz aksiyalarında iştirak edən qadınlara və qızlara qarşı “müharibə” sayanlar da var. Tehran hakimiyyətinin bu yolla aksiyaçıların sayını azaltmağa səy etdiyi ehtimal olunur. Başqa sözlə, rejim mətkəblilərin və tələbələrin evdə oturçasına və küçələrə çıxmamasına çalışır. Bununla da rejim perspektivdə dərslərin onlayn və məsafədən keçirilməsinə nail olmağa cəhd göstərir. Çünki zəhərlənən qızlar bir neçə həftə evdən çıxa bilmirlər. Bildirilib ki, zəhərlənmə hadisələrinin isə hicabla bağlı etiraz aksiyaları başlayan zaman qeydə alınıb.

Bu hadisələrin arxasında İranın daxili işlər naziri Əhməd Vahidinin durduğu da iddia olunur. O, 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin partaldılmasında iştirak edənlərdən sayılır. Həmin hadisə nəticəsində 85 nəfər ölmüşdü.
Zəhərlənmə hadisəsi İranda qadına qarşı zorakılığın yeni bir üsulu olduğunu isbatladı. Bahalıq, hicab və zəhərlənməyə qarşı etirazlar Tehran rejiminin əməllərinin törəməsidir. Hakimiyyət zəhərlənməni öz marağı üçün törədibsə, bu, əks-effekt verib. Qızlar və qadınlar bu hadisəyə etiraz olaraq küçə və meydanlarda yürüş keçirirlər. Odur ki, İranda yeni daha fərqli istiqamətdə kütləvi aksiyanın başlayacağını ehtimal etmək olar. Zəhərlənmə dalğası Tehran rejiminə yediyi hüquqları və haqları qusduracaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam