Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

RUSİYA MEDİASI YENƏ ÖZ ANTİ-AZƏRBAYCAN “SİFƏTİNİ” GÖSTƏRDİ –Erməni təxribatlarına açıq dəstək

Yenixeber.org: Rusiya mətbuatı ötən gün qanunsuz erməni silahlı birləşmələrinə qarşı xüsusi təyinatlı bölmələrimizin həyata keçirdiyi əməliyyatı və iki hərbçimizin şəhid olduğu məlum insidenti həmişəki kimi, öz ampluasında təqdim edib.

Demək olar, Rusiyanın Kremlin nəzarətində olan və olmayan bütün aparıcı media orqanları bu insidenti Ermənistanın və qondarma rejimin açıqlamaları, təbliğat yalanları əsasında işıqlandırıblar. Bütün rəsmi və qeyri-rəsmi mətbuat orqanları Azərbaycanın ayrılmaz tərkib hissəi olan ərazilərimizi “müstəqil” qurum olaraq, “dağlı Qarabağ” kimi təqdim ediblər. Azərbaycan hərbçilərinin tam qanunlarımıza uyğun davranışlarını isə “diversiya” kimi qələmə veriblər.

Məsələn, məşhur “Kommersant” nəşri saxtakarlıq edərək “dağlıq Qarabağda” Azərbaycan tərəfinin diversiya törətdiyini iddia edir: “Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu polisin pasport-viza idarəsinin növbətçi avtomobilini atəşə tutub”.

Xəbərdə separatçıların dedikləri gen-bol tirajlanarkən, Azərbaycanın mövqeyi barədə bir kəlmə də yoxdur. Onu da soruşan yoxdur ki, Azərbaycanın suveren ərazisində hansı qondarma “dağlıq Qarabağ polisi”, hansı “pasport-viza” şöbəsindən söhbət gedə bilər?

Bu isə Rusiyanın rəsmi TASS agentliyinin məlumatıdır: “Ermənistan XİN Azərbaycan diversantlarının fəaliyyətini terrorçuluq adlandırıb. Nazirlikdən xəbər verilir ki, diversiya hücumu nəticəsində dağlıq Qarabağ DİN-in pasport-viza şöbəsinin 3 əməkdaşı həlak olub”.

Eyni məlumatları, eyni tərzdə “Vedomosti”, “İnterfaks” və demək olar bütün digər tanınmış Rusiya nəşrləri, telekanalları və agentlikləri yayıblar.

Bu isə bir daha onu göstərir ki, Rusiya hər nə qədər Azərbaycanla “strateji tərəfdaşlıq haqqında” sənəd imzalasa da, sözdə bitərəflik, vasitəçilik, sülhməramlılıq və s. barədə nağıllar danışsa da, heç zaman ermənipərəstliyindən əl çəkməyəcək. Ona görə öz “sülhməramlı missiyasını” nə qədər tez başa vurub, şələ-küləsini də götürüb torpaqlarımızdan çıxsa, bir o qədər yaxşıdır.

“Azpolitika” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam